dini radikalizm və ekstremizmlə mübarizə

Suraxanı RİHB Əziz Əzizov şəhid Yusubov Elzarın məzarın ziyarət etdi


Djb.az xəbər verir ki, Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda Vətən müharibəsində gedən döyüşlərdə canından keçərək şəhadətə yüksələn qəhrəman oğullarımızdan biri leytenant Yusubov Elzar Süleyman oğlunun doğum günü münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri onun məzarını ziyarət edərək ailə üzvlərinə baş çəkmişlər. Şəhidimiz Elzar Yusubovun keçdiyi şərəfli ömür yolundan bəhs edilərək onun xatirəsi ehtiramla yad edilib.
Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş hərbiçilərimizin daim yaddaşlarda yaşayacağını vurğulayan RİH başçısı Əziz Əzizov Şəhidimizə Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləmişdir. O, bildirmişdir ki, Şəhidlərimizin döyüş yolu, göstərdikləri şücaət və vətənpərvərlik hər zaman gənc nəsil üçün nümunə olacaqdır.
Qeyd edək ki, Elzar Yusubov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərdiyinə görə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək Şəhid olduğuna görə 3-cü dərəcəli “Rəşadət” ordeni ilə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.





Oxunub: 745
Oxşar xəbərlər
SON XƏBƏRLƏR