dini radikalizm və ekstremizmlə mübarizə

ELM XADİMİ OLAN BÖYÜK XANIM: NİGAR XANIM TOFİQ QIZI ƏHMƏDOVA


ELM XADİMİ OLAN BÖYÜK XANIM: NİGAR TOFİQ QIZI ƏHMƏDOVA

Barəsində məqalə sərgiləmək istədiyim və nəzərdə tutduğum bu hörmətli, alicənab, görkəmli xanım Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin "Azərbaycan Mühacirət Ədəbiyyatı və Bədii Tərcümə" Elmi-Tədqiqat Laboratoriyasının elmi işçisi olan Nigar xanım Tofiq qızı Əhmədovadır.

Dəyərlimiz Nigar xanım 1971-ci ilin 12 mart tarixində Bakı şəhərində anadan olmuşdur. 1978-1988-ci illər aralığında Bakı şəhərində yerləşən 107 nömrəli Orta Məktəbdə təhsil almışdır. Orta təhsilini başa vurandan sonra o,
1989-1995-ci illər aralığında Bakı Dövlət Universitetinin Filologiya fakültəsində(Rus dili və ədəbiyyatı) ali təhsil almışdır.

1988-1991-ci illər aralığında "Kamran-1" adlı kiçik müəssisədə katibə, 1992-2001-ci illər aralığında Sabunçu rayonu 72 nömrəli Liseydə kitabxanaçı, 2009-2012-ci illər aralığında Bakı Şəhəri 169 nömrəli Məktəbdə laborant, 2012-2015-ci illər aralığında Bakı Dövlət Universitetinin "Azərbaycan Mühacirət Ədəbiyyatı və Bədii Tərcümə" Elmi-Tədqiqat Laboratoriyasında baş
laborant, 2015-ci ildən bu günümüzə qədər isə həmin bu laboratoriyada elmi işçi kimi fəaliyyət göstərir.

Nigar Əhmədova 2015-ci ildən etibarən Bakı Dövlət Universitetinin "Rus dilçiliyi" kafedrasının qiyabi doktorantıdır və "Quş konseptinin
təzahürü" mövzusunda dissertasiya işi üzrə calışır. Rus dili, Nitq mədəniyyəti fənnlərini tədris edir.

Nigar xanım
2016-cı ildə Bakı şəhərində təşkil edilmiş I Türkoloji qurultayın 90 illik yubileyinə həsr olunmuş Respublika elmi
konfransında iştirak etmişdir.

Nigar xanımın haqqında nə qədər yazsam belə, yenə də azdır və onun müsbət, ali keyfiyyətlərini sadalamağa gücüm çatmaz, onun haqqını ödəyə bilmərəm. Onun simasındakı əzəmət, məğrurluq, qürur və elmi savadı onun mənəvi aləminin böyüklüyündən xəbər verir.

Nigar xanım səmimiyyəti, anlayışlı olması ilə tələbələrinin yaddaşında silinməz bir iz buraxmış və qəlblərə həkk olmuşdur. Heç şəkk-şübhəsiz ki, onu yaddan çıxartmaq, unutmaq olmaz! O, sözün həqiqi mənasında, unudulası bir insan deyildir. Çünki, mən özüm də qısa müddət ərzində onun tələbəsi olmaq, gözəl sözlərini dinləmək şərəfinə nail olmuşam.

Hörmətlimiz Nigar xanım! Uca və əzəmətli Allah-Təaladan(c.c) sizə bu həyat yollarında uzun ömür, can sağlığı, xoşbəxt və firavan həyat, sonsuz ruzi-bərəkət və elmi fəaliyyətinizdə isə bol-bol uğurlar, yüksək nailiyyətlər və tükənməz müvəffəqiyyətlər arzulayıram, amin!

Ərtogrul Mehdizadə

Oxunub: 1 397
Oxşar xəbərlər
SON XƏBƏRLƏR