dini radikalizm və ekstremizmlə mübarizə

Nizami rayonunda “Biz bir ailəyik” adlı tədbir keçirilib FOTO

Nizami rayonunda “Biz bir ailəyik” adlı tədbir keçirilib FOTO

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və “Uğurcan” Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə 229 saylı orta məktəbdə 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Biz bir ailəyik” adlı tədbir keçirilib.

Djb.az xəbər verir ki, tədbir iştirakçıları öncə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının - şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Sonra sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbinin şagirdlərinin təqdimatında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən “Uğurcan” Psixologiya Mərkəzinin rəhbəri Günay Ağazadə, 229 saylı orta məktəbin direktoru Vüsalə Məmmədova, “Qayğı - Sağlam Nəsil Naminə” İctimai Birliyi İdarə Heyətinin sədri Sevinc Əliyeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, fiziki məhdudiyyətli insanların əl işlərindən ibarət sərginin rəhbəri, İnkluziv Təhsil üzrə mütəxəssis Kəmalə Abbasova, İctimai televiziyanın xəbərlər aparıcısı Jalə Həsənli, DOST Agentliyinin mətbuat katibi Şahin Əliyev, yazıçı-şairə Fəridə Səxavətli və oymaçı Asif Qasımov deyiblər ki, dövlətimiz əlilliyi olan şəxslərin reabilitasiyası, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl siyasət aparır. Əlillərə dövlət qayğısı barədə danışan natiqlər bildiriblər ki, bu sahədə dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli sosial təminat və müasir reabilitasiya sistemi ilə əhatə olunmasına imkan yaradıb.

Çıxışlardan sonra Azəri atəşi rəqs qrupu, “Qayğı - Sağlam Nəsil Naminə” İctimai Birliyin nəzdindəki Uşaq Reabilitasiya və Daun Sindromlu Şəxslərin Reabilitasiya mərkəzlərinin, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi İnternat Məktəbinin kollektivi, eləcə də görmə, hərəkət və eşitmə məhdudiyyəti olan şəxslər rəqs nümunələri, musiqili ifalar təqdim ediblər. Eyni zamanda, eşitmə və danışma məhdudiyyəti olan uşaqların “Biz xöşbəxtik!” çağırışı da nümayiş etdirilib.

Sonda mükafatlandırma mərasimi olub.






Oxunub: 640
Oxşar xəbərlər
SON XƏBƏRLƏR