dini radikalizm və ekstremizmlə mübarizə

Xeyli sayda qazini işlə təmin etdiyinə görə “SOS” mühafizə şirkəti təltif edilib - FOTO


“Security Operation Services” (“SOS”) mühafizə şirkəti şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılan “Məşğulluq marafonu”nda fəal iştirakına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşəkkür sertifikatı ilə təltif olunub.

44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təminatına, bununla onların rifahı naminə aparılan dövlət siyasətinə sosial məsuliyyət və həmrəylik prinsipi ilə yaxından dəstək olan “SOS” mühafizə şirkəti 38 nəfəri işlə təmin edib.

Beləliklə “Security Operation Services” MMC “Məşğulluq marafonu” çərçivəsində ən çox sayda vakansiya təqdim edən işəgötürənlərdən olub.

Qeyd edək ki, SOCAR-la əməkdaşlıq çərçivəsində strateji sənaye obyektlərinin, mədən ərazilərinin və neft kəmərlərinin qorunmasını həyata keçirən “SOS” şirkətində indiyə kimi ümumilikdə 91 şəhid ailəsi, qazi və müharibə iştirakçısı işlə təmin edilib.

Oxunub: 421
Oxşar xəbərlər
SON XƏBƏRLƏR