dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanlı neyrocərrah: “Müharibə vaxtı gündə 120-dən artıq yaralı qəbul edirdik” – VİDEO

Azərbaycanlı neyrocərrah: “Müharibə vaxtı gündə 120-dən artıq yaralı qəbul edirdik” – VİDEO

“Adi bir gün idi, sentyabrın 27-si bazar günü olduğu üçün evdə idim. İşdən zəng etdilər, dedilər ki, harasa getməlisiniz. Amma bilmirdik hara, niyə?”

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu sözləri azərbaycanlı neyrocərrah Azər Zeynalov deyib.

Cərrah Vətən Müharibəsində ilk günlərdən iştirak edib, 20-dən çox beyin əməliyyatı keçirib.

“Sentyabrın 27-si əks əməliyyat başlayanda 2-3 saat sonra yaralı əsgərlər xəstəxanaya gətirilirdi. Elə də böyük yaraları yox idi, amma müharibənin 2-ci, 3-cü günü yaralıların sayı çoxaldı. Yaralıların çoxu başından və onurğasından güllə yarası alan əsgərlər idi”, – deyə o bildirib.

Azər Zeynalov müharibə dövründə həyata keçirdiyi ilk əməliyyatdan danışıb:

“İlk əməliyyatım mənim üçün unudulmaz idi. Hündürboy Qorxmaz adlı əsgər idi, kəşfiyyatçı idi. Sağdır. Hərdən əlaqə saxlayırıq”.

Oxunub: 281
Oxşar xəbərlər
SON XƏBƏRLƏR