Bu gün Biləsuvar rayonunun Əsgərabad kəndində Vətən Müharibəsi şəhidi Rüstəmli Kənan Yalçın oğlunun xatirəsi yad edilib.
Djb.az qafqazinfo.az-a istinadən xəbər verir ki, şəhidimizin anım mərasimində iştirak edən Biləsuvar rayonunun rəhbərliyi və ictimaiyyətin nümayəndələri qorxmaz kəşfiyyatçı şəhidimizin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər. Mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılıb.
Qeyd edək ki, Rüstəmli Kənan Yalçın oğlu doğulduğu kənd tam orta məktəbində orta təhsilini başa vurduqdan sonra Bakı Slavyan Universitetində ali təhsil alıb. İdmanın boks və güləş növü ilə məşğul olub. Vətən müharibəsində Murovdağ silsiləsindəki yüksəkliklərin işğaldan azad edilməsində və Suqovuşan döyüşündə iştirak edib. Düşmənin hücum cəhdinin qarşısı alarkən qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin Sərəncamları ilə Rüstəmli Kənan Yalçın oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Kənanın atası Yalçın Rüstəmov özü Birinci Qarabağ savaşında Tərtərdə, Ağdamda döyüş əməliyyatlarında yaxından iştirak edib, 1994-ci ildə ordudan tərxis olunub.
Surxay Şahbazov
Oxunub: 361