Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının insanlığın taleyini həll etmək hüququna malik olmadığını söyləyib.
Djb.az-ın məlumatına görə, KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Ərdoğan dünya siyasətində “İkinci Dünya Müharibəsində” qalib olan bir neçə ölkənin rolunu azaltmağa çağırıb:
“Bəşəriyyətin taleyi İkinci Dünya Müharibəsində qalib gələn bir neçə ölkənin mərhəmətinə buraxıla bilməz və buna yol verilməməlidir” – deyə Türkiyə lideri vurğulayıb.
“Dünya yenilənərkən, diplomatiya, ticarət, beynəlxalq əlaqələr köklü dəyişikliklərə uğrayarkən, qlobal təhlükəsizliyin arxitekturasının eyni qalması ağılasığmazdır. Dəyişikliklərlə bağlı tələbləri dinləmək istəməmələri isə, “İkinci Dünya Müharibəsindən sonra yaranmış status -kvonu qorumaq cəhdləridir” – deyə Ərdoğan əlavə edib.
Ərdoğan “dünya beşdən çoxdur” deməklə, Təhlükəsizlik Şurasının beş daimi üzvünün olduğuna işarə edib. Bununla da dünyanın təkcə onların ətrafında dövr etmədiyini diqqətə çatdırıb.
Oxunub: 354