dini radikalizm və ekstremizmlə mübarizə

Cəlilabad rayon Pirvolne kəndində Şəhid İbarət Faiq oğlunun il dönümü münasibətilə tədbir keçirilmişdir.


Djb.az xəbər verir ki, Cəlilabad rayon Pirvolne kəndində Şəhid İbarət Faiq oğlunun il dönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə məktəbin kollektivi , rayon ictimaiyyət nümayəndələri, kənd camaatı və İbarət sevənlər iştirak etdi. Tədbiri giriş sözü ilə Məktəbin direktoru Musa Məmmədov açdı və tədbiri Yardımlı rayonu sakini şəhidlərimizi tanıyaq, tanıdaq lahiəsinin rəhbəri İqamət Sadıqlı davam etdirdi. Tədbirdə şəhidimizlə bağlı fikirlər söylənilmiş, Vətənpərvərlik ruhunda şeirlər səsləndirilmişdir.

Şəhid Əkbərov İbarət Faiq oğlu Yardımlı rayonu Mirimli kəndində anadan olmuşdur. 9-cu sinifə kimi Məliki kənd ümumi orta məktəbində oxumuş sonra qalan təhsilini Cəlilabad rayon Pirvolne kəndində davam etdirmişdir.
Şəhidimiz 12 oktyabrda şəhid olmuşdur.
Ölümündən sonra , "Vətən uğrunda", "İgidliyə görə", Fizulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

Zamiq Necefli
İqamət Sadıqlı








Oxunub: 536
Oxşar xəbərlər
SON XƏBƏRLƏR