Djb.az xəbər verir ki, Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının idarə heyətinin qərarı ilə 04.10.2021 tarixində növbədənkənar dəyirmi masa keçirilmiş, qarşıdakı 4 il üçün Federasiya prezidenti seçilməsi müzakirəyə qoyulmuşdur. Ötən illərdəki uğurlu fəaliyyətlərdən dolayı qazanılan uğurlar, ölkədə Braziliya Ciu-Citsusunun ümumi inkişafına təkan verməsi nəzərə alınaraq Aqil Acalov önümüzdəki 4 il müddətinə təkrarən Braziliya Ciu-Citsu Federasiyasının prezidenti seçilmişdir.
Aqil Acalova gələcək fəaliyyətində uğurlar arzu edirik.
Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının idarə heyəti.
Oxunub: 506