dini radikalizm və ekstremizmlə mübarizə

Bu gün o böyük və təmənnasız adamın ölümündən düz 29 il keçir


İşlədiyim şirkətdə bir gün zəng gəldi qarşı tərəf şikayətçi idi. Həyatda olduğu kimi işdə də “Şikayət və Araşdırmalar” şöbəsində çalışıram.

Əvvəl vətandaşı dinlədim , daha sonra ünvanı soruşdum “Əliyar Əliyev küçəsi” deyəndə dik atıldım. Sevinc, qürur və təssüf hissinin miks formasını ilk o gün yaşamışdım.

Otaqda iş yoldaşlarım hamı mənə qəribə baxırdı. Mən gözümdən yaş gələ-gələ vətəndaşa kömək etməyə problemin aradan qaldırmağa çalışırdım. Üst rəhbərliyə qədər getdim və şükür sözü gedən ərazidə problem həmən an həll olundu.

Vətəndaş dayanmadan şirkət adına təşəkkürlər yağdırır, bunun borcundan necə çıxacağını deyir. Mən sakit səslə “Əliyar Əliyevi tanıyırsız?”
-Qəhrəmandı deyirlər.
-Həmdə necə qəhrəman… O siz, biz, hamımız problemsiz bir vətəndə yaşaya bilmək üçün canından keçmiş adamdı. Onun adını daşıyan küçədə problem olmamalıdır.
-Bıyy bala allah ona qəni-qəni rəhmət eləsin, bala allah onun yerin behişt eləsin. Özü rəhmətə getsə də quruca adı dadımıza çatdı bu gün. Aylardı həll olunmayan işimiz həll olundu işığlığa çıxartdı bizi o ad.

Vətəndaşla sağollaşandan sonra otaqdaki yoldaşların sual dolu baxışları ilə toqquşdum. “Qohumunuydu?” , “O xala nəyin idi belə ağlıya ağlıya onun işini həll edirdin?” , “Dəlisən, adamın üst rəhbərliyə çıxmağa bir şansı ola onu da tanımadığı biri üçün istifadə edər heç?”
-Əliyar Əliyev Qubadlıdandır, Qarabağ döyüşlərində şəhid olub. Onun adına küçə olduğunu eşidəndə sevcimdən , qürurumdan kövrəldim, daha sonra o küçənin sakinləri problem içində yaşadığını öyrənəndə iki qat kövrəldim. O elə bir müqqəddəs addır ki, o adın dəydiyi hər yerdə haqq-ədalət, cəsarət və qorxmazlıq höküm sürməlidir. Və onun da üst rəhbəri olan Allahın qarşısında yaşamağa sadəcə bir şansı var idi. Və o da bu bir şansını tanımadığı bilmədiyi sənin, mənim, bizim, onların , hamının azad ölkədə, azad dövlətdə azad, problemsiz yaşaya bilməsi üçün istifadə etdi.

Digər iş yoldaşım:
⁃ Gəlin baxın, şəkillərini tapdım internetdən. Necə yaraşıqlıdır.
⁃ Yusifova, biz Qubadlıda sizə qonaq gələndə bizi mütləq onun məzarını ziyarətə apararsan…

Bu gün o böyük və təmənnasız adamın ölümündən düz 29 il keçir…

Qürurla anırıq!



Çinarə Ömray

Oxunub: 440
Oxşar xəbərlər
SON XƏBƏRLƏR