Möhtac et İlahi, özünə bizi.
Göy üzün bürüyüb yenədə duman,
Yox olub qəlblərdə görünmür iman,
Daha bir kimsəyə qalmayıb güman,
Bu zaman öyrətdi dözümə bizi,
İlahi mödtac et özünə bizi.
Hamı gileylidir biri- birindən,
Satqınlıq eyləyir duran yerindən,
Durub düşünəndə biraz dərindən,
Büküblər yalanlar bezinə bizi,
İlahi möhtac et özünə bizi.
Şeytanlıq edənlər danışır haqdan,
Şər böhtan atılır düzə nahaqdan,
Dinimiz laxlayıb çıxıbdır oxdan,
Yandırır namərdlər közünə bizi,
İlahi möhtac et özünə bizi.
Hacı , keçənlərə əl eylə getsin,
Qədr bilməyəni ver selə getsin,
Boşa ver bir ildə qoy belə getsin,
Yönəlt gerçəyinə, düzünə bizi,
İlahi möhtac et özünə bizi.
Göz yaşlarım dayanmır...
Dözülməz ağrılar, yenə dörd divar,
Yanağıma düzülən yaş , dayanmır.
Sinəmi yandıran neçə dərdim var,
Gözlərimdən süzülən yaş dayanmır.
Qəm gətirib qəlbə vurub min yara,
Xəyal minib uzaq gedən qatara,
Bir gün çatam son mənzilə, məzara,
Sinəm üstə düzülən yaş dayanmır.
Hacıyam , taleyim üz- üzə durub,
Gecəm ərşə qalxıb, gündüzə durub,
Səhəri açmağa gözümə durub,
Kipriyimə düzülən yaş, dayanmır.
Gözlərimdən süzülən yaş dayanmır...
Ömür yolu....
Yenə də yad ölkə payıma düşdü,
Talehim fələyin toruna düşdü ,
Mövludum bu payız ayına düşdü,
Ömrümüz günbəgün azalır qardaş,
Adam tez , qürbətdə qocalır qardaş.
Kül oldum Vətənin qorunda yandım,
Sızlatdı həsrəti yolunda yandım,
İçimdə qovruldum qınımda yandım,
Ömrümüz günbəgün azalır qardaş,
Adam tez, qürbətdə qocalır qardaş.
Dərdimə ağladım, nəmi gətirdim ,
Könlümdə kədərlə , qəmi bitirdim,
Yaşımdan yenədə bir il itirdim ,
Ömrümüz günbəgün azalır qardaş,
Adam tez, qürbətdə qocalır qardaş.
Ay hacı sevmədin sən qalma qalı,
Ədalət üstündə qurdun xəyalı ,
Gözündə heç oldu dunyanın malı,
Ömürdə günbəgün azalır qardaş,
Adam tez , qürbətdə qocalır qardaş.
Bitirdin məni....
Mən ki istəmirdim ayrılaq gülüm,
Sən fürsət axtarıb güdürdün məni.
Tapdayıb sevgimi elədin zülüm,
Çəkib min əzaba bitirdin məni..
Düzəldib səhvini yerinə qoydum,
İncitdin fors ilə, nazla soyudum,
Yığıldım boğaza gözümdən doydum,
Bezdirib son həddə gətirdin məni.
Sevgi sarayından köç etdin məni,
Ələyib süzgəcdən keçirdin məni,
Gözündə o qədər kiçiltdin məni,
Düzüb gilə- gilə itirdin məni.
Ay Hacı , heç kimə etmə etibar,
Zaman işin görər haqq yerin tapar,
Təkcə bu dünyada xatirən qalar,
Eşqi bilə-bilə bitirdin məni,
Gözün görə-görə itirdin məni ...
Aldı apardı...
Payız gəldi , solub töküldü yarpaq,
Ağaclar qaldılar lüt-üryan çılpaq,
Xəzələ büründü hər tərəf torpaq,
Payız da yaşımı yoldu qopardı ,
Ömrümdən bir il də aldı apardı.
Gözümdə gülüşün izləri qaldı ,
Sinəmə sevginin közləri doldu,
Yığıldı dərdlərim dağ boyda oldu ,
Yarası sinəmdə əbədi qaldı ,
Ömrümdən bir il də aldı apardı.
Günlərlə, aylarla başımı qatdım,
Bilmədim mən necə bu yaşa çatdım,
Saçımın tellərin vaxtsız ağartdım,
Qocalığ caynağın çaldı apardı,
Ömrümdən bir il də aldı , apardı.
Ay Hacı , bu dünya fanidi, heçdi,
Yaş yaşa calandı üstündən keçdi,
Alıb dəryazını ömrünü biçdi,
Qəlbimin başını yardı , apardı,
Ömrümdən bir il də aldı apardı,
Oxunub: 2 152