dini radikalizm və ekstremizmlə mübarizə

Şəhidin həyat yoldaşı evliliklərinin il dönümündən söz açdı


Djb.az xəbər verir ki, şəhid Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova öz sosial media hesabında həyat yoldaşına evliliklərinin il dönümü haqqında söz açdı.
Artıq 9 il oldu.... Bugün biz evləndik...Sən bəy kostyumunu geyindin, sənin ad günündə aldığım ağ köynəyini geyindin, mən isə ağ gəlinlik...Tac qoydun başıma, şahzadəmsən bugündən dedin...Və sevgi dolu baxışlarla bir-birimizə heyran idik...Vağzalı sədaları hər zaman mənim qəlbimi fərəhləndirərdi, artıq qəhər boğur məni o səs gələndə...Sən mənim torpaq qoxan təzə bəyim idin...bugün o torpağın qoxusu burnuma gəldi yenidən...Bəylik ayaqqabılarını təmizlədim yenə...Bəlkə gələsən deyə...Yadindadirmi, keçən il müharibədən 3 gün sonra 8 illik evlilik ildönümümüzdə mənə güllə və gül hədiyyə etdin və "səndən bir xahişim var, qoyma o gülün ləçəkləri tökülsün, gülləyə isə baxıb məni yadına salarsan" dedin...Gül qurudu, Fariz, amma ləçəkləri tökülmədi...Canımdan əzizdir mənə çünki o...qoruyuram onu...Gülləyə isə hər baxanda deyirəm kaş mənə qismət olaydı...keçən il sən onu mənə hədiyyə etdin, bu il isə.....bu il isə mən sənə hədiyyə edirəm güllə və gülü...9 illik evlilik ildönümümüz mübarəkdir, Cənnətdəki təzə bəyim...Yaxşıki səninlə evlənmişəm ..mən səninlə çox xoşbəxtəm, bunu bil...Nə olar məni tək qoyma...Ruhən...

Əzizə Həsənova




Oxunub: 563
Oxşar xəbərlər
SON XƏBƏRLƏR