Beynəlxalq Müəllimlər Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti, Ata vəsiyyətini layiqincə yerinə yetirərək tarix yazan,"QARABAĞ AZƏRBAYCANDIR!", "ŞUŞA SƏN AZADSAN!" söyləyən İlham Heydər oğlu Əliyevin və Onunla 1967-77 -ci illərdə "b"sinifində təhsil almış mərhum həyat yoldaşım iqtisadçı yazar Cənab Prezident haqqında qələmə aldığı "Məktəbdən Zirvəyə" adlı kitabı ilə məşhurlaşmış Cavanşir Vahabovunda təhsil almış olduğu 6 N-li məktəb-liseyin direktoru ,tanınmış pedaqoq Gülşən Orucova ilə görüşümüz yadda qalan oldu. Bu mötəbər görüşdə İtaliyada yaşayan qaynım ,elə bu məktəbin məzunu olmuş tanınmış jurnalist Məmmədəli Vahabov, məktəbin gənc müəllimlərindən olan Əliyeva Əfsanə Firuz qızıda( Rus və İngilis dili müəlliməsi) iştirak edirdi.
2004-cü ildən bu günə qədər rəhbərlik etdiyim,500-ə yaxın tədbirlər keçirərək yaddaşlarda xoş iz buraxmış "Qafqaz-Media"İctimai Birliyinin təsis etdiyi "İLHAMLI AZƏRBAYCAN","Vicdanlı Qələm" medallarını 6 N-li məktəb-liseyin direktoru Gülşən Orucova Yasin qızına və "Vicdanlı Qələm"medalını Əliyeva Əfsanə Firuz qızı( Rus və İngilis dili müəlliməsi)na təqdim etdim.Və bu dəyərli pedaqoqlarımızı QMİB-mizin "XARIBÜLBÜL" diplomları ilə mükafatlandırdım.
PS.6 N-li məktəb-liseyin direktoruna 2020-ci ildə qələmə aldığım məktəbin məzunu olmuş mərhum həyat yoldaşıma ölümündən sonra həsr etdiyim "Ayrılığın nə yaman ağır oldu Cavanşir"adlı kitabımı bağışladım.
Əziz həmkarlar Bayramınız mübarək!
Azadə Taleh Abbasqızı
Oxunub: 541