dini radikalizm və ekstremizmlə mübarizə

“Putin və Ərdoğan razılığa gəldi ki...” – ŞOK İDDİA

“Putin və Ərdoğan razılığa gəldi ki...” – ŞOK İDDİA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putinin İdlibdəki mövcud status-kvonun qorunması ilə bağlı razılığa gəldiyi bildirilib.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, Türkiyə və Rusiya liderləri dünən Soçidə bir araya gəliblər.

Məlumata görə, prezidentlərin Suriya və Liviyadan Qarabağa, “S-400” müdafiə sistemlərinin ikinci partiyasının alınmasından ticarət əlaqələrinə qədər bir çox məsələni müzakirə etdiyi deyilib. Amma görüşün əsas gündəm maddəsi İdlibdə artan gərginlik olub.

İki liderin təkbətək görüşündə konsensus əldə edildiyi bildirilib.

Görüşdə iştirak etdiyi iddia olunan bir yüksək vəzifəli Türkiyə rəsmisi “Middle East Eye” (MEE) nəşrinə açıqlamasında Ərdoğan və Putinin İdlib bölgəsindəki mövcud status-kvonu qorumaq üçün razılığa gəldiklərini söyləyib:

“İdliblə bağlı heç bir dəyişiklik yoxdur. Oradakı mövcud status-kvonu qoruyacağıq”.

Prezident Ərdoğan Putinlə təkbətək görüşə girməzdən əvvəl kameralar qarşısında verdiyi açıqlamada bunu demişdi: “Suriya mövzusunda birlikdə atdığımız addımlar böyük əhəmiyyət daşıyır. Oradakı sülh Türkiyə-Rusiya münasibətlərindən asılıdır”./teleqraf/

Oxunub: 357
Oxşar xəbərlər
SON XƏBƏRLƏR