dini radikalizm və ekstremizmlə mübarizə

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri partiya fəallarına təqdim olunub


Djb.az xəbər verir ki, sentyabrın 22-də Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov ərazi partiya təşkilatlarının sədrlərinin iştirakı ilə keçirilən yığıncaqda yerli təşkilatın partiya aktivlərinə təqdim olunub.

Əvvəlcə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülüb, Ümummilli Liderimizin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirlərdə çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük inkişaf yolu keçdiyini bildirib. Bu inkişaf prosesində Yeni Azərbaycan Partiyasının üzvləri də fəal iştirak edirlər. Onun sözlərinə görə ötən illər ərzində dövlətimizin başçısı tərəfindən həyata keçirilən genişmiqyaslı islahatlar mühüm nəticələr verməkdədir. Əhliman Tağıyev qeyd edib ki, Bakının on iki rayonundan cəmi iki rayon təşkilatının sədri yenidən təyinat almışdır. Onlardan biri də Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovdur. Şöbə müdiri vurğuladı ki, bu, partiya sədri və İdarə heyəti tərəfindən göstərilən böyük etimaddır.
Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının bu il martın 5-də keçirilən VII Qurultayında mühüm qərarlar qəbul olunub. Belə qərarlardan biri də partiyanın yeni nizamnaməsinin qəbul olunmasıdır. Yeni nizamnamədə partiyanın yerli təşkilatları haqqında da vacib məsələlər öz əksini tapır. Sentyabrın 10-da Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclasında partiyanın Bakı şəhəri üzrə rayon təşkilatları sədrlərinin təyin olunması haqqında qərar qəbul olunub.

Tədbir zamanı Vüqar Seyidov çıxış edərək ona göstərilən etimada görə YAP sədri, möhtərəm Prezident İlham Əliyevə təşəkkürünü bildirib və bu etimadı layiqincə doğrultmağa çalışacağına əminlik ifadə edib.

Eyni zamanda, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayon təşkilatının yeni sədrini təbrik edərək, gələcək fəaliyyətində uğurlar arzulayıb. Qeyd edək ki, tədbirdə yerli təşkilatın gələcək fəaliyyəti ilə bağlı qarşıda duran vəzifələrə dair müvafiq tövsiyyələr verilib.



Oxunub: 511
Oxşar xəbərlər
SON XƏBƏRLƏR