dini radikalizm və ekstremizmlə mübarizə

Əzəli və əbədi Azərbaycan torpağı - ölkəmizin mədəniyyət paytaxtı doğma Şuşaya ayaq basmaq qürur və iftixar mənbəyidir.


30 ilə yaxın müddət ərzində işğal altında, hərbi-siyasi əsirlikdə qalsa da, öz məğrurluğunu itirməyən - əzmini qoruyan Şuşa bu gün gələcəyə nikbin və ümidlə baxır. Çünki əsl sahibi - tarixi ədaləti bərpa edən Azərbaycan xalqı qayıdıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Zəfər yürüşü şanlı Qələbə ilə nəticələnib və 44 günlük qəhrəmanlıq dastanının ən parlaq səhifələrindən birini məhz Şuşanın azadlığa qovuşmasıdır.
Şuşa artıq dirçəlir, yenilənir, qədimliklə müasirliyin vəhdəti olan tarixi və milli simasını bərpa edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar missiyası çərçivəsində görülən işlər çərçivəsində təkcə tarixi, dini və mədəni abidələrimiz deyil, həm də Şuşanın timsalında ənənəvi dəyərlərimiz, milli ləyaqətimiz və qürurumuz bərpa olunur.
Əziz Şuşa, Müzəffər, qürurlu və qurucu Azərbaycan xalqı sənə əvvəlki şöhrətini qaytaracaq!

Oxunub: 440
Oxşar xəbərlər
SON XƏBƏRLƏR