Həyatdakı ən gözəl, ən zəngin duyğulardan biri də bacı - qardaşlar arasında olandır. Amma hər nə olursa olsun xoşbəxtlik və kədərdə mütləq bir - birlərinin yanındadırlar...
Qürur yaşadan iki oğul Anası Kəmalə bacım
Qürur yaşadırsan ki, 2017 - ci ildə Zakir, Xocavənd döyüşləri zamanı yaralı komandirini xilas edərkən, Şəhidlik zirvəsinə ucalmışdır...Qürur yaşadırsan ki, Zakir ilk Əsgər olaraq, göstərdiyi qəhrəmanlığa görə "Şücaətə görə" medalı ilə təltif edilmişdir...Qürur yaşadırsan ki, Bayraqlarımız işğal altında olmayan torpaqlarda ucalaraq dalğalanır...Qürur yaşadırsan ki, iki ay öncə Camal balamız Vətənə xidmət borcunu layiqincə yerinə yetirib sağ - salamat Qələbə sevinci ilə ocağına geri döndü. Çünki bu gəlişdə Zakirin qisası alınmış məğrur gəlişi var idi...Və Allah - Təalanın izni ilə Camalın toyunu görməyi bizlərə nəsib eləsin...Amin. İnşa Allah!
Zamanın sınaqlarından keçərək başını dik tutan, hər birimizin hörmət və ehtiram etdiyi, özəl tanıdığım, gözəl qəlbə malik insan, bacı qədər əziz olan, ailəmizin əzizi və sevimlisi olan Şəhid Anası Kəmalə Abdullayeva...Bu gün şad günün, əziz günündür.
İlk öncə Sənə ən əsası cansağlığı, maraqlı və mənalı uzun ömür, xoşbəxtlik arzu edirəm...Gələcəyini düzəldən hər yeni gün, bir əvvəlkindən daha gözəl, istəklrinə uyğun və Səni xoşbəxt edəcək şəkildə olsun!
Kəmalə, hər Doğum günündə Allah yaşın qədər arzunu həyata keçirsin. Bundan sonrakı günlərində gülüş nur üzündən əskik olmasın...Bir daha Zəfər Əzmli
Doğum günün mübarək!
İlham Əliyev
Oxunub: 741