dini radikalizm və ekstremizmlə mübarizə

Şəhid Fariz Həsənovun həyat yoldaşı sosial media hesabı üzərindən məmurlara müraciət etdi


Hərə bir qalstuku yaxasına vurub gəzməklə deyil, o qalstuka layiq olmaq lazımdır, cənab nazirlər, deputatlar, yuxarı təbəqənin nümayəndələri hər birinizə aiddir sözüm...Bu Vətənin çörəyini yeyib, havasını udan, Səhidlərin qanı, cani hesabına bu ölkədə at oynadan, lakin öz xalqına, öz millətinə düşmən kimi qənim kəsilən her bir vəzifəli şəxsə aiddir sözlərim...Diqqətlə oxuyun, əgər haramçiliqdan vaxt tapa biləcəksinizsə!
Mən əminəmki artıq müharibənin tarixini belə unudursunuz. Yadınıza salım, 27 sentyabr 2020-ci il. Və həmin tarixdən etibarən biz Şəhid ailələrinin ocağının söndüyü günlərin başladığı tarix. Hər kəs qələbə xəbərini gözləyərkən, bizlər əlimiz Allahda, ağlaya-ağlaya Can yoldaşlarımızın bizə əmanət qoyub getdiyi balalarimizi bagrimiza basıb, təcili yardım maşınının siqnalının biz tərəfə də gələcəyini acılar içində gözləyirdik...bilirdik, hiss edirdik ki, bu agrili-acili, eyni zamanda qürurverici Şəhidlik zirvəsinin xəbərini bizdə eşidəcəyik...qaçılmaz idi, çünki bizim igidlərimiz şərəfsiz düşmən kimi kol-kos dibində gizlənən deyildilər. Sinələrini irəli verib, bayrağımızı o torpaqlarda dalgalandiracaqlarina şərəf andı içmişdilər...biz Şəhid qadınları isə can yoldaşlarımizin tabutuna bükülmüş al bayrağı bagrimiza basıb, bu qürurverici acı ilə bir ömür boyu yasayacağimiza şərəf andı içmişik...
Sözümün canı odur ki, az da olsa vicdaniniz varsa, damarinizda axan qanın müsəlman qanı olduğundan əminsinizsə, Şəhid ailələri ilə, Qazilərlə maraqlanin. Bir karobka makaronu gətirib atıb, sonra da onu çəkib reklam edib, gostəris etməklə həll olmur bu işlər...O gətirdiyiniz mənşəyi məlum olmayan ərzaqları özünüzə versələr yəqin ki, özünüzü təhqir olunmuş hesab edərsiniz. Eyni ilə də bizlər. Biraz canınıza zəhmət verib, gəlib bizlərlə maraqlanın. Kimin evi var, kimin şəraiti yoxdur, kim mənim kimi kirayədə qalır, kimin nəyə ehtiyacı var deyə.. Belə halları gördükcə mən düşünürəm ki, niyə Şəhid verdim? Bugünkü gün, mən kirayədə qalımmı deyə? Yoldaşıma düşən pensiyanın yarısını balalarımın boğazından kəsib kirayəyə verimmi deyə? Zəng edib ev barədə sorusursan, gözlə deyirlər...kirayədə qalıram nəzərə alın deyirəm, başa düşən yoxdur...Mənim heç kimin köməyinə ehtiyacım yoxdur, sadəcə haqqımi tələb edirəm! Prezidentin fərmanını icra edərkən, düşünün ki birinci kirayədə yaşayan ailələr, evi olmayanlar nəzərə alınmalıdır. Çünki həmin pula övladımız üçün nəsə edə bilərik ən azından. Görürəm ki, susan, abirindan utanan insanı elə susdurub geriyə atırlar. İnsanlığımıza siğişdirmayib, səsimizi cixarmiriq deyə, o demək deyilki, haqqımızı yeyəcəksiniz. Mənim korpələrimin, mənim Şəhidimin haqqını yeməyə ölərəm, amma heçkimə icazə vermərəm!!!


Oxunub: 662
Oxşar xəbərlər
SON XƏBƏRLƏR