dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda GAİM-in icraçı direktoru və “Soydaş” İctimai Birliyinin nümayəndələri arasında görüş baş tutub


Marneuli rayonunda fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzinin icraçı direktoru Orxan Pirverdiyev Bakıda “Soydaş” İctimai Birliyinin qonağı olub.

24News.ge xəbər verir ki, bu barədə “Soydaş” İctimai Birliyi məlumat yayıb.

Məlumata əsasən, birliyin İdarə heyətinin sədri Kamran Ramazanlı və İdarə Heyətinin üzvü Namiq Veysəl ilə görüşən icraçı direktor İnteqrasiya Mərkəzinin gördüyü işlərlə bağlı məlumat verib. O bildirib ki, ötən bu müddətin böyük hissəsi pandemiya dövrünə düşsə də, ümumilikdə Gürcüstanda azərbaycanlıların inteqrasiyası və sosial problemlərin həlli istiqamətində həyata keçirilən layihələrin dinamikası müsbətdir və qarşıya qoyulan bütün məsələlərin həllində birgə əməkdaşlıqların faydasını müşahidə edirik.

“Soydaş” İctimai Birliyinin idarə heyətinin sədri Kamran Ramazanlı qonağa təşkilat haqqında məlumat verərək, bildirib ki, Azərbaycan Respublikasının ərazisində yaşayan Gürcüstan vətəndaşlarının, habelə ölkəmizdən kənarda yaşayan və fəaliyyət göstərən soydaşların maraqlarını və istəklərini nəzərə alaraq birlik fəaliyyət göstərir:

“Xaricdə yaşayan soydaşlarımızla, onların problemləri və qayğılarıyla bağlı ətraflı məlumatlar öyrənilir, bu problemləri müvafiq qurumlarla müzakirə edərək, problemlərin həllinə çalıırıq. Bu problemləri öyrənmək üçün soydaşlarımızın yaşadıqları ölkələrin ictimai təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində münasibətlər qurmaq bizim əsas prioritetlərimizdəndir. Bu baxımdan Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzilə əməkdaşlıqda maraqlıyıq”, - deyə K. Ramazanlı bildirib.

Sonda təşkilat rəhbərləri birgə ortaq layihələrin həyata keçirilməsilə bağlı razılığa gəliblər.

Oxunub: 442
Oxşar xəbərlər
SON XƏBƏRLƏR