dini radikalizm və ekstremizmlə mübarizə

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri II Fəxri Xiyabanda “Azərbaycanın Milli Qəhrəmanları”nı ziyarət etdi


Djb.az xəbər verir ki, 12 - 16 iyul 2020-ci il tarixlərdə baş vermiş erməni təxribatının ildönümü ilə əlaqədar olaraq 14 iyul 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri II Fəxri Xiyabanda “Azərbaycanın Milli Qəhrəmanları”, şəhid general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin məzarlarını ziyarət etmiş, tər çiçəklər düzmüş, dərin hörmət və ehtiramlarını ifadə etmişlər.
12 - 16 iyul 2020-ci il tarixdə təxribat baş verərkən qəhrəman ordumuz düşmənin layiqli cavablarını vermişdir. Məhz təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin döyüş general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olmuşlar. Ölümündən sonra hər iki yüksək rütbəli hərbiçimizə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
12 - 16 iyul 2020-ci il tarixi Azərbaycan xalqının tarixində öz ərazi bütövlüyünü bərpa etmək nöqteyi nəzərindən bir dönüş nöqtəsi idi. Riyakar siyasətindən əl çəkməyən Ermənistanın hərbi-siyasi hakimiyyəti birmənalı olaraq xalqımızın hissiyyatı ilə oynayır, hər gün atəşkəs rejimini pozaraq münaqişənin sülh yolu ilə həllini faktiki olaraq mümkünsüzləşdirirdilər. Belə cəhdlər son otuz ildə dəfələrlə olmuşdur. Lakin 2016-cı ildən sonra düşmən hər belə cəhdində ağır zərbə alaraq geriyə oturdulurdu. Bu məqamlar ziyarət əsnasında bir daha xatırlanmış, qəhrəman ordumuzun döyüş qabiliyyəti yüksək qiymətləndirilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!



Oxunub: 726
Oxşar xəbərlər
SON XƏBƏRLƏR