dini radikalizm və ekstremizmlə mübarizə

Şəhid ailələri və müharibə iştirakçıları dövlətimiz tərəfindən qayğı ilə əhatə olunub


Djb.az xəbər verir ki, Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə dövlətimiz tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir.
Suraxanı rayonunda da belə həssas kateqoriyadan olan sakinlərimizlə mütəmadi görüşlər təşkil olunaraq onların problemləri dinlənilir və qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər həyata keçirilir.

Müharibə dövründə böyük gərginlik və sarsıntı keçirən, Şəhidimiz Orucov Səbuhi Vahid oğlunun anası Narınc xanıma mənəvi dəstək göstərilməsi üçün onun xalçaçılıq sənətinə olan bacarıq və marağını nəzərə alaraq Suraxanı RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin təşkilatçılığı ilə Suraxanı Gənclər evində görüş keçirilmiş, xalçaçılıq sənətini yaşatmaq və eyni zamanda gənclər arasında bu peşə sahəsinə olan marağı artırmaq məqasədilə Gənclər evində Xalçaçılıq dərnəyinin yaradılması və Narınc xanımın dərnəyə cəlb olunması təklif olunmuşdur.


Oxunub: 602
Oxşar xəbərlər
SON XƏBƏRLƏR