dini radikalizm və ekstremizmlə mübarizə

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Zəhranın 10 yaşını təbrik etmişlər.


Djb.az xəbər veri ki, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Vətən Müharibəsi şəhidi mayor Əsgərov Rüfət Mürvət oğlunun ailəsini ziyarət etmişlər. Vüqar Seyidov təşkilat adından şəhidin 10 yaşı tamam olan qızı Zəhranı doğum günü münasibətilə təbrik etmiş, ona hədiyyələr təqdim etmişdir.
Ailənin qayğıları ilə maraqlanan təşkilatın sədri söhbət zamanı şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulamış, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.

Şəhid Rüfət Əsgərovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.


Oxunub: 503
Oxşar xəbərlər
SON XƏBƏRLƏR