dini radikalizm və ekstremizmlə mübarizə

Mərhum jurnalist rəssam Taleh Cavanşir oğlunun rəsmlərindən ibarət sərgisi və anım günü keçirildi


Djb. az xəbər verir ki, 09.07.2021- ci il tarixində Qafqaz media ictimai birliyinin sədri Hacı Azadə-Taleh Abbas qızının mərhum oğlu rəssam Taleh Cavanşir oğlunun il dönümü ilə bağlı anım tədbiri və rəsm əsərlərindən ibarət sərgisində iştirak etdik. Vətənpərvər, istedadlı gənc Hacı Azadə xanımın yeganə övladı idi.
Uzun illər keçirdiyi möhtəşəm tədbirlər həyata keçirən Azadə xanım bir gün halehsiz Talehinə tədbir keçirəcəyini düşünməmişdi. Bir ana övladını yaşaymaq üçün atacağı addımlardan biri bu oldu. Mən əminəm ki, Azadə xanım hələ Talehi və onun timsalında dünyasını dəyişən 100 lərlə hətta minlərlə nakam şəhidlərimizi yaşatmaq üçün çox layihələrə imza atacaqdır.
Bu gün isə söz Talehdən gedir.
Taleh Cavanşir oğlunun rəsmlərindən ibarət bukletin və Azadə xanımın mərhum oğluna həsr etdiyi "Hardasan?" adlı kitabın təqdimatı Xətai Sənət Mərkəzində keçirildi. Tədbirdə ictimai xadimlər, tanınmış rəssamlar, iş və sənət adamları, yazıçı və şairlər, həkimlər, alimlər bir sözlə ziyalı təbəqənin görkəmli tanınmış simaları iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Mərhum Taleh Cavanşir oğlunun anası həkim, jurnalist, şairə "Qafqaz -Media "İctimai Birliyinin sədri, AYB-nin fəal üzvü, AJB-nin üzvü Hacı Azadə Taleh Abbas qızı açaraq, gələn qonaqlara öz dərin təşəkkürünü bildirib.
Çıxış edən qonaqlar mərhum Taleh Cavanşir oğlunun əl işlərini yüksək qiymətləndirdilər. Hacı Azadə Taleh Abbas qızı ilk sözü Suraxanı RİH-nin şöbə müdiri,1-ci və 2-ci Qarabağ Müharibəsinin iştirakçısı Elmar Hüseynə verdi.
Sonra Müdafiə Nazirliyinin rəsmisi mayor Abbas Səfərli, sol ayağını Vətən yolunda qurban vermiş qazimiz, mayor İlkin Ziyadov, polkovnik Azər Hacıbəyli, tanınmış ağsaqqal rəssam Cümşüd İbrahimli, tanınmış rəssam Ülkər Əbülfət, rəssam Təhminə Əli, Bahar Dəmirli, alimlərdən həkim Elmira Zeynallı, həkim Vəfa Hacıbalayeva, Natiqə İsmayılova ,kardioloq Nuranə Əliyeva,QHT rəhbərlərinfən Nəsibə Əliyeva, yazıçı publisist DJB.az rəhbəri Almaz İlahə Əhmədova, yazıçılardan Rauf İlyasoğlu, Qalibə Cəfərova, Hacı Aləmzər Sadıqqızı, Südabə Sərvi,sənət adamlarından əməkdar artist,bəstəkar-müğənni,şairə Elza Seyidcahan,bəstəkar rəssam imruzə Hüseynova, Arif Səlimov,Talehin əmisi Məmmədəli Vahabov,Talehin xalası Zöhrə Rəhimova, YAP-ın fəal üzvü Gülnarə Məhərrəmova, general Firdovsi Ələkbərov, jurnalistlərdən Vaqif Aşurov, Mirdaməd Əzizov, Şərqiyyə xanım və başqaları çıxış edərək mərhum Talehin əsərlərindən və onunla bağlı xatirələrindən söz açdılar.
Tədbirin sonda Talehin atasını ictimai xadim , mərhum Cavanşir Vahabov Yasamal qəbirstanlığında ziyarət edildi.

Qeyd edək ki, Mərhum Taleh Cavanşir oğlu 16.10.1988-ci ildə Bakıda anadan olmuşdur. Gəncə şəhəri 1 N-li məktəbdə,GəncəTürk- Özəl Liseyində, Gəncə rəssamlıq məktəbində, Ankara Universitetinin Hüquq fakultəsində və Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi münasibətlər fakultəsinin Beynəlxalq əlaqələr şöbəsində təhsil almışdır. Hərbi xidmətini Culfa və Ordubadda olub. Ailəli idi. 4 yaşlı qızı Zenfira Taleh qızı atasız böyüyür.
Həvəskar rəssam idi. İlk fərdi sərgisi 11 yaşında Azərbaycanda, Gürcüstanda, Almaniyada və doğma Gəncədə keçirilib.
"Qafqaz -Media" İctimai Birliyinin Gənclər Şöbəsinin müdiri idi. 2008-2010-cu illərdə Cənab prezident İlham Əliyevin QHT-lərə ayırdığı Qrant layihələrdə mühasib kimi də fəaliyyət göstərib.
19.07.2020-ci il 31, yaşında qəfil ürək tutmasından dünyasını dəyişmişdir.

Allah Rəhmət etsin. Ruhu şad olsun!

Djb.az Hacı Azadə Taleh Abbasqızına dərin hüzünlə başsağlığı verir.








Oxunub: 668
Oxşar xəbərlər
SON XƏBƏRLƏR