dini radikalizm və ekstremizmlə mübarizə

Erməni terrorçuları Qarabağdakı bu ərazidən atəş açdı - Foto

Erməni terrorçuları Qarabağdakı bu ərazidən atəş açdı - Foto

Xəbər verdiyimiz kimi, iyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub.

Djb.az axar.az-a istinadən xəbər verir ki, araşdırmaçı jurnalist Elçin Alıoğlu insidentin baş verdiyi məkanın fotolarını yayıb.

O bildirib ki, erməni terrorçuların mövqeləri Fərrux yüksəkliyindədir (3200 metr).

Fotoda sarı rənglə rusiyalı sülhməramlıların mövqeləri göstərilib.

Qeyd edək ki, Fərrux həmin arealda strateji önəmli yüksəkliklərdən biridir.

Oxunub: 703
Oxşar xəbərlər
SON XƏBƏRLƏR