dini radikalizm və ekstremizmlə mübarizə

And yerimiz - Şəhid məzarları


Dünən oğlum, Vətən müharibəsi iştirakçısı, qazi Balaşlı Təbriz Malik oğlu ilə cəbhə yoldaşı əslən Yardımlı rayonunun Horonu kəndindən olan Şəhid Eminli Rüstəm Mais oğlunun valideynlərini və məzarını ziyarət etdik. Təbriz Rüstəmlə Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2-ci Qarabağ müharibəsinin şəhidi Eminli Rüstəm Mais oğlu 16 sentyabr 1999-cu ildə Yardımlı rayonunun Horonu kəndində anadan olmuşdu. 9 oktyabr 2020-ci ildə Səfərbərlik Xidməti tərəfindən hərbi xidmətə çağrılmış, 15 oktyabrdan isə Vətən Müharibəsində aktiv döyüş əməliyyatlarına qatılmış, noyabrın 1-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.Yardımlı rayonu Horonu kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Eminli Rüstəm Mais oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Eləcə də, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarıyla 15 dekabr 2020-ci ildə "Vətən uğrunda" medalı (ölümündən sonra), 25 dekabr 2020-ci ildə isə “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.


Allah rəhmət eləsin!


Malik Balaşov

Oxunub: 855
Oxşar xəbərlər
SON XƏBƏRLƏR