Djb.az xəbər verir ki, ADBTİA -nın Tələbə Həmkarlar Təşkilatının sədri Gülşən İsmayılova və Akademiyanın müəllimi Orxan Muxtarov qazimiz Mirrəhim Əhmədovu Fərxi Fərmanla təltif etdilər.
Söhbət əsnasında öyrəndik ki, Tələbə Həmkarlar təşkilatı silsilə şəklində şəhid ailələrini və qaziləri ziyarət edirlər. Bu təşəbbüs isə
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə xanım Səttarova tərəfindən irəli sürülüb.
26 iyun Silahli Qüvvələri Günü ilə bağlı göndərilən sovqat payı şəhid və qazilərə olan diqqətin bariz nümunəsidir.
Oxunub: 892