dini radikalizm və ekstremizmlə mübarizə

Suqovuşan su anbarına media-tur təşkil olunub

Suqovuşan su anbarına media-tur təşkil olunub

Melarasiya və Su təsərrüfatı ASC tərəfindən media nümayəndələrinin iştirakı ilə Azərbaycanın İşğaldan azad olunmuş Tərtər rayonunun Suqovuşan kəndi ərazisində, Tərtər çay üzərində yerləşən Suqovuşan su anbarına media-tur təşkil olunub.

Djb.az Apa-ya istinadən xəbər verir ki, media-turun əsas məqsədi Suqovuşan su anbarının hazır ki vəziyyəti ilə media nümayəndələrini daha yaxından tanış etməkdir.

Melarasiya və Su Təsərrüfatı ASC-nin əməkdaşı Dilqəm Şərifovun APA -ya verdiyi məlumata görə Suqovuşan Su anbarı işğaldan azad olunan ən böyük su təsrrüfatı obyektlərindən biridir. Ümumi həcmi 5.86 milyon kbm olan su anbarı ümumilikdə 96217 hektar torpaq sahələrinin suvarılması nəzərdə tutulub. Təəssüf ki, 28 müddət ərzində su anbarı mənfur düşmənlər tərəfindən işğal olunub.Bu müddət ərzində Azərbaycan tərəfinə Suqovuşan su anbarı tərəfindən su verilməyib.

Media-tur zamanı jurnalistlər ermənilər tərəfindən burada həyata keçirilmiş dağıntı işləri ilə də tanış olacaqlar.

Qeyd edək 5 iyun Melarasiya və Su Təsərrüfatı əməkdaşlarının peşə bayramı günüdür.

Oxunub: 423
Oxşar xəbərlər
SON XƏBƏRLƏR