dini radikalizm və ekstremizmlə mübarizə

Kamran Əliyev və Türkiyə Ali Məhkəməsinin Baş prokuroru hüquqi əməkdaşlığa dair memorandum imzalayıblar

Kamran Əliyev və Türkiyə Ali Məhkəməsinin Baş prokuroru hüquqi əməkdaşlığa dair memorandum imzalayıblar

Azərbaycan Baş Prokurorluğu ilə Türkiyənin Ali Məhkəməsinin Baş prokurorluğu arasında anlaşma memorandumu imzalanıb.

Djb.az Apa-ya istinadən xəbər verir ki, memorandumun imzalanması Azərbaycan Baş Prokurorluğunda Baş prokuror Kamran Əliyevlə Türkiyənin Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin arasında keçirilən görüşdə baş tutub. Memorandum iki ölkə arasında beynəlxalq hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə imzalanıb.

Mərasimdə ölkələr arasında beynəlxalq hüquqi əməkdaşlıq, ekstradisiya, prokurorların təlimi və digər əhəmiyyətli sahələrdə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Oxunub: 443
Oxşar xəbərlər
SON XƏBƏRLƏR