dini radikalizm və ekstremizmlə mübarizə

Suraxanı icra başçısı Vətən müharibəsi qazisinin problemləri ilə maraqlanıb


Djb.az xəbər verir ki, mayın 26-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Vətən Müharibəsinin qazisi Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsinin sakini Bünyadov Sərxan Əlixan oğlu ilə görüşərək onun problemlərini dinləmişdir.

44 gün davam edən Vətən Müharibəsində şərəfli döyüş yolu keçərək, Şuşa istiqamətində gedən döyüşlərdə yaralanmış Sərxan Bünyadovun sağlamlığı ilə maraqlanan Əziz Əzizov onun müraciətinin araşdırılaraq müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlarını vermişdir.

Qeyd edək ki, Sərxan Bünyadov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirərək, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə “Cəsur döyüşçü”, Qubadlı və Füzuli rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Qubadlının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Oxunub: 550
Oxşar xəbərlər
SON XƏBƏRLƏR