dini radikalizm və ekstremizmlə mübarizə

TARİXİ GÜNÜN SEVİNCİ


Həmişə tarixi günlərdə İmişli şəhər A. Eminov adına 7 saylı tam orta məktəbin gənc və istedadlı müəllimi Leyli Əliyevanın təşkilatçılığı ilə maraqlı tədbirlərin keçirildiyinin şahidi oluruq. Belə tədbirlərdən biri də "Müstəqilliyimiz əbədi və dönməzdir” adlanaraq 28 may Respublika Gününə həsr edildi. Tədbir Dövlət himni ilə başladı. Qalib ölkənin tanınmış öyrədən və öyrənənlərinin, eləcə də qonaqların iştirak etdiyi tədbir ədəbi-bədii formatı, müstəqillilik tariximizə ayna tutmaq baxımında çox maraqlı idi.
Bakı şəhər Xətai rayon 7 saylı tam orta məktəbin riyaziyyat-informatika müəllimi Aynurə Əzizovanın, Abşeron rayon Ə. Vahid adına 1 saylı tam orta məktəbin musiqi müəllimi Şüküfə Qasımovanın, Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4 saylı tam orta məktəbin biologiya müəllimi Nigar Şükürovanın, Salyan Peşə Liseyinin direktoru Razigül Dadaşovanın, 5 kitab müəllifi, istedadlı məktəbli Sevindik Nəsiboğlunun, məktəblilər Minə Qurbanlının və Məleykə Alışovanın çıxışları hər kəsin marağına səbəb oldu.
Tədbirin ayrı-ayrı yerlərində peşəsini ürəkdən sevən, musiqi müəllimi Şüküfə Qasımovanın ifasında dinlənilən “Çırpınırdı Qara Dəniz”, “Azərbaycan Bayrağı”, “Azərbaycan” və “Yaşa mənim xalqım” mahnıları qonaqlar və qalib ölkənin müəllimləri tərəfindən alqışlarla qarşılandı, tarixi günün sevincinə xüsusi bir rəng qatdı.
Sonda tədbirin təşkilatçısı Leyli Əliyeva hər kəsə minnətdarlığını bildirib, növbəti belə bir tədbirin canlı olaraq Azərbaycanın mədəniyyət mərkəzi gözəl Şuşamızda keçirəcəyi arzusunda olduğunu bildirdi.

Səxavət Tağlar,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
AYB-nin Aran Bölməsi üzrə məsul katib, yazıçı.



Oxunub: 1 265
Oxşar xəbərlər
SON XƏBƏRLƏR