Brüsseldə səfərdə olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.
Djb.az Apa-ya istinadən xəbər verir ki, bu barədə, Aİ Komissarı "Twitter"də bildirib.
Onun sözlərinə görə, görüşdə Aİ-Azərbaycan arasında ikitərəfli münasibətlər, Aİ-nin Qarabağa yardımı, COVID-19-dan sonra iqtisadi bərpa və TAP boru kəmərinin potensialı müzakirə olunub.
Oxunub: 526