dini radikalizm və ekstremizmlə mübarizə

Növbəti razılaşma: Qazaxın 7 kəndi, Kərki qaytarılır, üstəlik...

Baxış Sayı:162

Növbəti razılaşma: Qazaxın 7 kəndi, Kərki qaytarılır, üstəlik...

Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri arasında bir neçə gündür ki, davam edən Qaragöl ərazisi ilə bağlı danışıqların şifahi razılaşmasının ilkin, lakin rəsmi şəkildə hələ təsdiqlənməyən detalları açıqlanıb.

Djb.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu məlumat yayıb.

Bildirilir ki, şifahi razılaşmaya əsasən Qarabağdaki bütün erməni silahlıları çıxarılır, eyni zamanda, Qırmızı Bazar-Şuşa yolu Azərbaycan ordusunun nəzarətinə verilir. Həmçinin Qazaxın işğalda olan 7 kəndi və Naxçıvanın Kərki kəndi azad edilir.

Sözügedən İnstitut əlavə edib ki, razılaşmaya görə Zəngəzur bölgəsindən nəqliyyat dəhlizinin açılmasına icazə verilir, erməni tərəfi isə bu öhdəlikləri 2 həftə ərzində yerinə yetirməlidir.

İddialarla bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, bundan öncə erməni mediası razılaşmanın detallarını açıqlayıb.

Xatırladaq ki, Qaragöllə bağlı ötən gün saat 14:00-dan davam edən danışıqlarda Azərbaycandakı Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov da iştirak edib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR