dini radikalizm və ekstremizmlə mübarizə

Biləsuvarda "1001 palıd" adlı layihənin icrasina başlanılıb.


"Müasir Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi “1001 palıd" adlı yeni təşəbbüs həyata keçirib.


“1001 palıd” ideyasının əsas məqsədi, Biləsuvar Mərkəzi Parkı ərazisindəki palıd ağaclarının ətrafında toxumdan göyərən fidanları dipçəklərə
köçürüb, müəyyən ərazidə qulluq edərək böyüdüb daha geniş ərazilərdə əkilməsidir.

Qeyd edək ki, təşəbbüsə qısa vaxt ərzində rayonun bir neçə təhsil və gənclər təşkilatları da qoşulub.

Layihəni “1001 palıd” adı altında ənənəvi olaraq hər il davam etdirməklə müəyyən olunan ərazidə palıd
ağaclarını çoxaldılması planlaşdırılır.

Palıd fidanlarını böyütmək, onlara daimi qulluq etmək və ərazinin ayrılmasına Biləsuvar rayon İcra
Hakimiyyəti tərəfindən dəstək göstərilir.

Bildirək ki, layihənin icra prosesinə pandemiya qaydalarına riayət etməklə bu gün saat 10:00-da Biləsuvar rayonu Mərkəzi parkında start verilib.

Tural Nəsirli
Biləsuvar








Oxunub: 660
Oxşar xəbərlər
SON XƏBƏRLƏR