dini radikalizm və ekstremizmlə mübarizə

Araşdırmacı Jurnalist DJB. az xəbər portalının baş redaktoru Məleykə Aslanzadə TUTAP Bakı təmsilcisi olaraq seçildi


TUTAP ( Türkiyə Turrizm və Tanıtma Platformu) Türkiyənin Ölkə içində və Beynəlxalq səviyyədə layiq olduğu şəkildə tanınması yönündə layihər və tədbirlər hazırlayaraq həm ölkə içində i həm də dünyada, mədəniyyət və adət ənənələrini, tarixini, tarixi isbat, abidələrlə və səviyyəli materiallarla insanlara tanıtdıran, 11 ildir fəaliyyətdə olan İctimai Birlikdir.
Platformun təsisçi direktoru Fikrət Yıldız bəy:
TUTAP 2021 ilində pandemiya müddəti olsa da turistik tanıtımlar Ölkə xaricində fəaliyyətə eyni sürətlə davam edəcək. Aramıza yeni qatılan Azərbaycanın paytaxtı Bakı şəhəri təmsilcimiz Məleykə xanım Aslanzadəyə uğurlar diləyir iki dövlət tək millətimiz Türkiyə Azərbaycanın birgə fəaliyyətində xeyirlərə vəsilə olsun inşaallah deyə təbriklərini bildirdi.
TUTAP Bakı təmsilcisi DJB az. xəbər portalının baş redaktoru Məleykə Aslanzadə isə Fikrət bəyə bu etimadına görə təşəkkürünü bildirib bunları vurğuladı: " Biz iki dövlət tək millət olaraq əzəldən qardaş və zəngin mədəniyyətə, yeraltı yer üstü sərvətə Cənnət məkan yurda sahibik. Oxşar mədəniyyətimiz, tarixlərimiz, bənzər adət ənənələrimiz var. Soyumuz, kökümüz bir, canıq. Hətda zaman zaman düşmənlərimiz belə eyni, və bənzər olmuşdur. Bu Cənnət Vətən Azərbaycan Türkiyəmizin dərin tarixini, mədəniyyət və adət ənənələrini hər bir vətəndaş olaraq həm özümüz geniş öyrənib sahib çıxmalı, həm də gələcək nəslə sağlam bir miras təhvil verməliyik. Odur ki, cəmiyyətin aydın ziyalı və yaradıcı insanları olaraq bu kimi fəaliyyətlərdə bizlərin də yer alması vətəndaş insan borcumuzdur. Həm öz ölkələrimizdə, eyni zamanda dünyada beynəlxalq səviyyədə hər iki ölkənin birgə fəaliyyətlərini çoxaltmalı turistik və mədəni layihələr hazırlamalıyıq. TUTAP bu kimi çalışmalarda faydalı və təqdirəlayiq seçim, İctimai Birlikdir. Fikrət bəy başda olmaqla bütün təmsilci və turizm elçilərinə təşəkkür və uğurlar diləyirəm.


Məleykə Aslanzadə
Djb.az

Oxunub: 647
Oxşar xəbərlər
SON XƏBƏRLƏR