dini radikalizm və ekstremizmlə mübarizə

YAP Suraxanı rayon təşkilatının sədri səhid İsmayılzadə Məhəmmədin ailəsini ziyarət etdi


Djb.az xəbər verir ki, 1 aprel 2021-ci il tarixdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Zığ qəsəbəsinin sakini olmuş, Vətən Müharibəsi şəhidi əsgər İsmayılzadə Məhəmməd Füzuli oğlunun ailəsini ziyarət etmiş, sovqat aparmışdır. “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid Məhəmməd İsmayılzadənin ailəsinə Vüqar Seyidov təşkilat adından Vətən Müharibəsi şəhidlərinin simvoluna çevrilmiş “Xarı bülbül” təsvirinin içərisində şəhidin şəkili toxunmuş xalçanı təqdim etmişdir.

Oxunub: 691
Oxşar xəbərlər
SON XƏBƏRLƏR