dini radikalizm və ekstremizmlə mübarizə

28 MART: DƏRİN ADAMLARIN PEŞƏ BAYRAMIDIR!


Dəyərli peşənizin 102 yaşı mübarək olsun, Dövlət Təhlükəsizliyi Xidməti!

MİLLİ KƏŞFİYYAT

Azərbaycan Respublikasının milli kəşfiyyat orqanının əsası 1919-cu ildə qoyulmuş və həmin xüsusi xidmət orqanı bu günə qədər öz şərəfli işini layiqincə davam etdirməkdədir.

Qurum Azərbaycan Respublikasının, xalqının, milli-mənəvi dəyərlərinin, ərazi bütövlüyünün və bütün ali məfhumlarının qorunması uğrunda mübarizə aparan, hər an ayıq-sayıq olan və xaricdən gələ biləcək hər bir təhlükəni elə yerindəcə dəf edə bilən bir gücə malikdir.

Ümumiyyətlə, ölkəni ayaqda saxlayan 4 mühüm və əsas sütun vardır: dövlət, kəşfiyyat, polis və əsgər. Kəşfiyyat da məhz belə bir özəlliyə sahib sistemdir. Milli kəşfiyyatımızın sayəsində və onun vətənsevər əməkdaşlarının çox böyük bir zəhmətləri hesabına neçə-neçə xarici casuslar yaxalanmış, erməni kəşfiyyatı zərərsizləşdirilmiş, radikal dini ekstremistlər məhv edilmişdir. Bəli, bu günləri Azərbaycan məmləkəti təmin edilmiş öz asayişinə, əmin-amanlığına və milli təhlükəsizliyinə görə Dövlət Təhlükəsizliyi Xidmətinə borcludur!

DƏRİN ADAMLAR......

Əgər bu günləri yuxudan oyanaraq rahat-rahat öz işimizə gedə biliriksə, uşaqlar bağçaya, gənclər isə Orta məktəbə və Universitetə gedə bilirsə, deməli, biz Azərbaycan kəşfiyyatçılarına minnətdar olmalıyıq! Çünki, onlar gecə-gündüz ayıq-sayıqdırlar, zərrə qədər balaca bir detal belə onların nəzərindən kənarda qalmır. Əziz vətən naminə dünyanın hər yerinə dağılmış və öz vəzifələrini doğru-düzgün yerinə yetirən oğullarımız vardır ki, onlar dərindən də dərindir.

Bu dərin adamlar üçün yalnız bir yüksək və şanlı deviz vardır: "Vətən, Millət, Dövlət, Bayraq!" Bəli, bu uğurda yaşamaq və bu uğurda da ölmək!

Belə adamlar var olduqdan sonra xalqa ölüm, vətənə cəfa yoxdur!

Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər heyətini və bütün əməkdaşlarını 102 illikləri münasibətilə səmimi qəlbdən təbrik edirəm! Onlara şərəfli peşələrində və tutduqları bu müqəddəs yolda hər bir zaman bol-bol uğurlar, yüksək nailiyyətlər və tükənməz müvəffəqiyyətlər arzulayıram!

Əziz vətən övladları! Bu vətən sizi heç bir zaman unutmayacaqdır və sizin kimi övladlarını hər zaman layiq olduğunuz yerdə, könüllərdə yaşadacaqdır! Millət onlar üçün qarışqa boyda əməyi keçən oğullarını heç bir zaman unutmaz!

Hörmətlə gənc yazar-jurnalist Ərtoğrul Aypar

Oxunub: 540
Oxşar xəbərlər
SON XƏBƏRLƏR