dini radikalizm və ekstremizmlə mübarizə

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət etmişlər


Djb.az xəbər verir ki, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və nümayəndələri Zığ qəsəbəsi Dədə Qorqud yaşayış sahəsinin sakini olmuş şəhid əsgər (MAHHXHQ) Orucov Coşqun Oruc oğlunun, Yeni Suraxanı qəsəbəsi sakinləri olmuş şəhid kiçik çavuş (MAHHXHQ) İsmayılov Sərdar Sərvər oğlunun və şəhid əsgər Babayev Əmirxan Mirilham oğlunun ailələrini ziyarət edərək şəhidlərin təsvirləri toxunmuş xalçaları ailələrinə təhvil vermiş, ailələrə təşkilat tərəfindən bayram sovqatı təqdim etmiş və onların qayğıları ilə maraqlanmışlar.

Səmimi söhbət əsnasında YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov vurğulamışdır ki, YAP-ın rayon təşkilatı hər an şəhid ailələrinin yanındadır və bundan sonra da onların problemlərinin həlli, çətinliklərinin aradan qaldırılması və yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində imkanları çərçivəsində əllərindən gələni əsirgəməyəcəklər. Cənab Prezidentin və çox hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə olan doğma münasibətlərinin hər bir Azərbaycan vətəndaşına nümunə olduğunu qeyd edən Vüqar Seyidov eyni zamanda üzərində Vətən Müharibəsi şəhidlərinin təsvirləri toxunmuş xalçaları təqdim etdiyi üçün “Xalça dünyası” şirkətinin rəhbəri, xeyriyyəçi iş adamı Əhməd Hüseynova da YAP Suraxanı rayon təşkilatının çoxminli üzvləri adından dərin minnətdarlığını bildirmişdir.

Sonda şəhid ailələri göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatına təşəkkür etdilər.


Oxunub: 627
Oxşar xəbərlər
SON XƏBƏRLƏR