dini radikalizm və ekstremizmlə mübarizə

"Azərbaycan və Ermənistan sərhədçiləri bir-birinə nifrətlə baxır"

"Azərbaycan və Ermənistan sərhədçiləri bir-birinə nifrətlə baxır"

Frans24.com saytı Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə bağlı maraqlı detallara toxunub. Söhbət Şurnux kəndindən gedir. Bu kənd Sünik rayonuna (tarixi Zəngəzur) aiddir. Hazırda bu kənddə tikilmiş 12 evi ermənilər tərk etməli olublar. Çünki həmin evlər Azərbaycan ərazisinə düşür. Ermənistan hökuməti evini itirənlər üçün yeni ev tikir. Tərk edilmiş həmin evlərin ərazisi Qubadlı rayonuna daxil edilib.

Djb.az Musavat.com-a istinadən xəbər verir ki, ermənilər Azərbaycan tərəfinin delimitasiya üçün ən müasir texnologiyalardan istifadə etdiyini deyir. Nəticədə ermənilər 30 il yaşadığı yerlərdən çıxmalı olur. Çünki Sovetlər dönəmində sərhəd xətti elə çəkilib.

Bir erməni gileylənir ki, əvvəllər azərbaycanlılar on kilometrlərlə uzaqda idi, indi isə gözümüzün qabağında əlisilahlı gəzirlər:

"Düşmənlə üz-üzə qalmışıq. Yaxşı ki, ruslar buradadırlar. Bu işin sonrası necə olacaq, bunu kimsə bilmir".

“Delimitasiyadan sonra mənim evim Ermənistan ərazisinə düşüb, tövləm isə Azərbaycan tərəfdədir”, - bir erməni belə deyir.

Məqalədə qeyd olunur ki, Azərbaycan və Ermənistan hərbçiləri hər iki tərəfdə öz bayraqlarını qaldırıblar və bir-birinə nifrətlə baxırlar. Onların arasında isə az sayda Rusiya sülhməramlıları var.

Ermənilərdən biri söyləyib ki, bir də görürsən, bir donuz bizim ərazidən Azərbaycan ərazisinə keçir. Onda Azərbaycan sərhədçiləri icazə verirlər ki, kəndli gedib öz donuzunu geri gətirsin.

Oxunub: 619
Oxşar xəbərlər
SON XƏBƏRLƏR