dini radikalizm və ekstremizmlə mübarizə

Gənclər öz bayramlarını, əlamətdar günləri həmişəkindən daha alnı açıq, qələbə təntənəsi ilə qeyd edirlər


Azərbaycan xalqı çoxəsrlik tarixinin şərəfli mərhələsini yaşayır, bütün dünya azərbaycanlıları bənzərsiz qürur və sevinc hissləri keçirir. Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuzun 27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın mənfur qonşumuz Ermənistanın işğal altında saxladığı Qarabağı azad etməklə milli çağdaş tariximizə şanlı səhifə yazdı. 44 günlük Vətən müharibəsi kimi daxil olan bu hərbi əməliyyat nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü təmin edildi.
Tarixi proseslərlər göstərmişdir ki, hər hansı bir ölkənin ayaqda qalmasında, sərhədlərinin toxunulmazlığında xalqın mübarizliyi, təhlükə anında birlik nümayiş etdirmək bacarığından çox şey asılıdır. Düşmənlə savaşda hamını birləşdirən, bütün səylərin mahiyyətini təzahür edən çağırışın çox böyük, əvəzedilməz əhəmiyyəti var.
Vətən muharibəsi başlayarkən “Biz qalib gələcəyik, bizim işimiz haqq işidir”, - deyə Ali Baş Komandan xalqa müraciətilə bütün xalqı səfərbər etdi, mübarizəyə qaldırdı. Dəqiq məqsədləri göstərməsi, birinci Qarabağ müharibəsindən sonra ruh yüksəkliyini itirənlərə də nikbinliklə inam qaytarırdı, hər bir azərbaycanlı Qarabağ uğrunda mübarizəyə qalxdı. Qürurverici daha bir məqam isə, respublikanın hər bir bölgəsi, rayonu, kəndi bu mübarizədə ayaqda bir durması, haqq savşına bütün imkanını əsirgəməməsidir. Hər kəs öz bacarıq və imkanları ilə ordunun yanında olmuşdur. “Gənclərimiz gələcəyimizdir!”. Ümumilli ider Heydər Əliyev tərəfindən deyilən bu müdrik fikir zamanında ölkəmizdə əsl vətənpərvər nəslin formalaşması ilə təsdiqini tapdı. Uğurlu gənclər siyasəti onların milli-mənəvi dəyərlərə sahib ölkə vətəndaşı olaraq daha məsuliyyətli olmalarına gətirib. Həm də sağlam, istedadlı, savadlı, yaradıcı təfəkkürlü gənclərlə iş gücləndirilmişdir. Bu günümüzü bizlər üçün tarixi qələbə ilə qürurlandıranlara, onların davamçılarına gələcək əmanətdir!
Tarixi qələbənin qazanılmasında orduda xidmət edən, eləcə də könüllü olaraq cəbhəyə yollanan Azərbaycan gəncləri böyük qəhrəmanlıqlar göstərərək, xalqımızın zəfər salnaməsinə öz adlarını yazdırıblar. Vətən müharibəsində səngərlərədən hər ötən gün vətən oğullarının yeni qəhrəmanlıqları düşməni silahı yerə qoymağa, məğlubiyyətə düçar etmişdir.
Bizlər unutmamalıyıq ki, hazırda Prezident İlham Əliyevin uğurlu siyasi kursu nəticəsində inkişafın Azərbaycan modeli formalaşıb ki, bu da dünya ölkələri üçün nümunədir. Biz təkcə inkişaf modeli deyil, həmçinin Zəfərlə sona yetən 44 günlük müharibə ilə də dünyada yeni, sürətli müharibə modeli formalaşdırmışıq!.-bu gün fəxrlə vurğulayırıq.
Eyni zamanda son illərdə nüfuzlu beynəlxalq təşkilatların hesabatlarına görə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb. Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir, belə ki ölkəmiz regionda əsas söz sahibidir. Tarixi Qələbəmiz Azərbaycanın beynəlxalq müstəvidə də nüfuzu və rolunu artırmışdır.
Biləsuvar gəncləri də ölkədə baş verən proseslərə - cənab Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətə, 44 günlük haqlı Vətən mübarizəmizdə xalq-iqtidar biriyinin əhəmiyyətinə, dövlətimizin gənclər siyasətinə müsbət münasibətini ifadə etməklə, həmrəylik nümayiş etdirir .
Təbii ki, haqlı mübarizəmizdə qalib olmağımız artıq bizlərin hər birinin, xüsusilə də gənclərin qarşısında dövlətin, dövlətçiliyin inkişafı üçün yeni məqsədlər və məsuliyyətlər qoyur. Qürurunu yaşadığımız tarixi qələbənin memarları qarşısında daşıdığımız bu məqsəd və məsuliyyətlər bizləri ruhlandırır.
Bu il Azərbaycan gəncləri öz bayramlarını, əlamətdar günləri həmişəkindən daha alnıaçıq, qələbə əhval-ruhiyyəsi ilə qeyd edirlər. Bu da təsadüfi deyil. Xalqımız uzun illərdir gözlədiyi arzusuna qovuşub. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu əzəli və əbədi Qarabağ torpağını mənfur düşməndən – erməni faşistlərindən azad edib.

Sabina Hüseynzadə,
Gənclərin İnkişafı və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin rəhbəri

Oxunub: 619
Oxşar xəbərlər
SON XƏBƏRLƏR