22 Mart - Azərbaycanlı nasiri, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, 1949 - cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Xalq yazıçısı, Azərbaycan SSR komsomolu mükafatı laureatı, Filologiya elml, Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri, M.F.Axundov adına ədəbi mükafat laureatı adına layiq görülmüş İsmayıl Şıxlı anadan olmuşdur!
İsmayıl Qəhrəman oğlu Şıxlınski 22 mart 1919 - cu ildə Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1928 - ci ildə Qazax rayonunun Kosalar kənd orta məktəbinə daxil olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1934 - 1936 - cı illərdə Qazax Pedaqoji Texnikomunda oxumuşdur. Texnikomda təhsil alarkən 1935 - ci ildə Lenin komsomolu sıralarına daxil olmuşdur. Qazax Pedaqoji Texnikomunu bitirdikdən sonra 1936 - 1937 - ci illərdə Kosalar kənd orta məktəbində müəllimlik etmişdir. Daha sonra 1937 - ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxumuş və 1941 - ci ildə ali təhsilini bitirmişdir.
İlk mətbuat əsəri "Quşlar" şeiri 1938 - ci ildə "Ədəbiyyat" qəzetində dərc olunmuşdur. Xidmətlərinə görə 1945 - ci ildə "Qızıl Ulduz" ordeni ilə təltif olunmuşdur.
Ədəbi yaradıcılığa 1947 - ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirdiyi "Həkimin nağılı" hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. 1946 - cı ildə Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir. 1946 - 1949 - cu illərdə Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant, müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri işlımişdir.
1949 - cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1954 - cü idə Filologiya elmləri namizədi adına layiq görülmüşdür.
O, bir müddət 1965 - 1968 - ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi kimi çalışmısdır. İctimai işlərdə fəal çalışmışdır. 1967 - 1969, və 1983 - cü illərdə Bakı zəhmətkeş deputatları Sovetinin deputatı, 1968 - 1970 - ci illərdə Azərbaycan KP Bakı şəhər komitəsinin, 1971 - ci ildə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir.
1971 - ci ildə "Şərəf nişanı", 1973 - cü ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını, 1976 - 1978 - ci illərdə "Azərbaycan" jurnalında baş redaktor, 1976 - cı ildə Azərbaycan SSR komsomolu mükafatı laureatı, 1979 - cu ilfə "Qırmızı əmək bayrağı", 1985 - ci ildə II dərəcəli "Böyük Vətən müharibəsi" ordenləri və medallarla təltif edilmişdir.
1981 - 1987 - ci illərdə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, 1984 - cü ildə Azərbaycan SSR Xalq yazıçısı, SSRİ Yazıçılar İttifaqının katibi olmuşdur. 1986 - 1987 - cı illərdə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilmişdir.
1986, 1990, 1995 - cı illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, 1986 - 1990 - cı illərdə Azərbaycan KP MK - nın, Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilmişdir.
1991 - ci ildə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri, M.F.Axundov adına ədəbi mükafat laureatı adına layiq görülmüşdür. 26 noyabr 1991 - ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının tərkibinə daxil edilmişdir.
04 iyul 1994 - cü ildə Azərbaycan Respublikasının "Şöhrət" ordenini almışdır.
İsmayıl Şıxlı 26 iyul 1995 - ci ildə 76 yaşında Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
28 yanvar 2019 - cu ildə Azərbaycan prezidenti İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.
İlham Əliyev
Oxunub: 504