Azərbaycan Vətən Müharibəsi Veteranları İçtimai Birliyi Biləsuvar rayon Şöbəsinin üzvləri və "N" saylı hərbi hissənin bir qurup zabiti Biləsuvarın Bəydili və Ağalıkənd kəndində şəhid ailələrini ziyarət etmişlər.
"Biləsuvar xəbərləri" məlumat verir ki, görüşdə Vətən muharibəsində bu hərbi hissənin rayondan olan şəhid əsgərlərinə bayram sovqatı çatdırılmış, vətənpərvər oğullar böyüdən ailələrə minnətdarlıq ifadə edilmişdir.
Qeyd edək Vətən muharibəsinin şəhid əsgərlərindən: Gözəlzadə Ceyhun Nazim oğlu (Bəydili kəndi) və Sadıqov Surac Ədalət oğlu (Ağalıkənd kəndi)
Suqovuşan uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşlar.
Allah rəhmət eləsin!
Surxay Şahbazov
Region-press qəzetinin baş redaktoru
Oxunub: 699