Şoyqudan “Turan Ordusu”na reaksiya: Kimə qarşı? - Video
Rusiya Müdafiə naziri Sergey Şoyqu rəsmi Moskvanın növbəti işğal hədəfinin Qazaxıstan olacağı barədə gəzən şayiələrə cavab verib.
Djb.az xəbər verir ki, Axar.az Musavat.com-a istinadla xəbər verir ki, o, bu barədə “Tenqrinyus” (Tengrinews) saytına verdiyi müsahibədə danışıb.
Onunu sözlərinə görə, bu cür düşüncələr fantaziyadan başqa bir şey deyil.
Xatırladaq ki, bunula bağlı iddia ABŞ-ın nüfuzlu “Politiko” saytında jurnlaist Leon Aron tərəfindən səsləndirilib. O, Rusiyanın Krımdan sonra növbəti müdaxiləni Qazaxıstana gerçəkləşdirdiyini iddia etmişdi.
Sergey Şoyqu uzun müddətdir iki ölkə arasında qardaş münasibətlərinin yarandığını və buna görə arada bölüşəcək heç bir şey olmadığını vurğulayıb: “Biz hələ 1998-ci ildə sərhədlərin tam demarkasiyasını həyata keçirmişik. Bundan başqa mən bilən 2005-ci ildə imzalanmış sərhəd haqqında saziş də var. Bizim çox gözəl münasibətlərimiz var. Buna niyə müdaxilə etməliyik ki!”
Rusiyalı nazir, həmçinin türkdilli ölkələrin hərbi qüvvələrindən ibarət “Turan Ordusu”nun yaradılması ideyası barədə də öz fikrini bildirib.
“Siz indi bunu arzu edirsiniz, lakin bu yöndə hansısa addımlar atmağa cəhd göstərirsiz? Bu ordu nə üçün və kimə qarşı yaradılacaq?” - deyə Sergey Şoyqu mövqeyini və təpkisini ortaya qoymuş olub.
Bundan başqa müdafiə naziri Rusiyanın özündə də bir çox türkdilli xalqlaırn yaşadığını xatırladıb.
Oxunub: 584