dini radikalizm və ekstremizmlə mübarizə

Sahibkarlıqda yoxlamaların dayandırılması müddətinin uzadılması təsdiqlənib - SƏRƏNCAM

Sahibkarlıqda yoxlamaların dayandırılması müddətinin uzadılması təsdiqlənib - SƏRƏNCAM

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişikliyi təsdiqləyib.

Djb.az Apa-ya istinadən xəbər verir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılıb.

Qanuna aşağıdakı məzmunda 2.1-1-ci maddə əlavə olunub:

“2.1-1. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz”.

Qanun 2021-ci il yanvarın 1-dən tətbiq edilir.

Oxunub: 590
Oxşar xəbərlər
SON XƏBƏRLƏR