dini radikalizm və ekstremizmlə mübarizə

Suraxanı rayon icra hakimiyyətinin başçısı vətən müharibəsində yaralanan sakinlərini unutmur


Djb.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavini Könül Axundova, şöbə müdirləri və RİHB-nin Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi II Qarabağ müharibəsində döyüşərək yaralanmış hərbçimiz, milliyyətcə rus olan cəsur Azərbaycan vətəndaşı, Əmircan qəsəbə sakini İqonin Aleksey Vladimiroviçi ziyarət edib, səhhəti ilə maraqlanıb, ailəsinə ərzaq yardımı göstərilib. Görüş zamanı Aleksey İqoninin keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, qayğıları dinlənilib.
Möhtəşəm qələbənin Ali Baş Komandan cənab İlham Əliyevin rərbərliyi ilə xalqımızın birliyi və həmrəyliyi sayəsində əldə olunduğunu bildirən Aleksey Şəhid ailələrinə və torpaqlarımız uğrunda sağlamlığını itirmiş şəxslərə göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edib.

Oxunub: 809
Oxşar xəbərlər
SON XƏBƏRLƏR