dini radikalizm və ekstremizmlə mübarizə

Bilin ki, arzularınız xəyal olsa da, xəyallarınızın bir gün puç olan günüdə olacaq


[spoiler][/spoiler]Böyük imkanlara malik səmərəli bir ordu, dövlətin müstəqilliyinin, ölkə sərhədlərinin qorunmasının, ərazi bütövlüyünün və insanların fiziki təhlükəsizliyinin qarantıdır. Ölkənin gücünün meyarlarını təyin edərkən ordunun potensialı nəzərə alınır. Silahlı Qüvvələrin rolu Azərbaycanımız üçün xüsusilə vacibdir, çünki ermənistan kimi düşmən ölkəylə qonşuluqda olan bir geosiyasi vəziyyətdəyik. Çox şükürlər olsun ki, 2020-ci ilin sentyabr ayın əvvəlində əks hücum və qəhrəmanlıq döyüşləri sayəsində 30 illər ərzində düşmənimizin işğalı altında olan ərazilərimizi azad etdik və dövlətçiliyimizi möhkəmlətdik. Və təsadüfi deyil ki, ordu illərdir cəmiyyətimiz arasında ən yüksək etimadı qazanmış bir quruluşdur.
Lakin Vətən müharibəsindən sonra orduya qarşı ciddi bir kampaniya başladıldı. Ordunun içimizdəki “başı pozuqların” hədəfində görünməsi ciddi narahatlıq doğurur.
Ordunun reytinqini ictimaiyyət qarşısında aşağı salmaq üçün zabitlərə və generallara qarşı təbliğat və böhtan cəhdləri başladılıb. Təhlükəsizliyimizə ciddi bir zərbə dəyə bilər, çünki ölkənin müdafiəsinə hərbi imkanlarını qiymətləndirmək əvəzinə, generallar və zabitlərin sadəcə soyğunçular olduğu təəssüratı yaradılır. Bəzi siyasi “liderlər və ekspertlər reytinqlərini Silahlı Qüvvələrin reytinqi hesabına yüksəltməyə çalışırlar.Buna görə də hərbi qəhrəmanlar əvəzinə inqilabi qəhrəmanlar yaratmağa, cəhd edirlər. İnqilablarını Qarabağ qəhrəmanlıq döyüşündən daha yüksəklikdə olduğunu sırımağa cəhd göstərirlər. Digər strukturlar kimi ordunun da çatışmazlıqları var, bəzi əməlləri dövlətçiliyimizə zid olan yüksək çinli hərbçilərin üzündən, peşəkar bilik və təcrübəyə malik çox sayda hərbi qulluqçu sadəcə hərbi xidmətdən təcrid olundu. lakin bu çatışmazlıqları düzəltmək əvəzinə silahlı qüvvələrimizin dirəkləri zəifləməməlidir. Başqa sözlə, cənab siyasilər və ekspertlər "qaş düzəltmək əvəzinə gözü çıxarmayın."Ermənistanın kapitulyasiyası və məğlubiyyətindən sonra silahlı qüvvələrdəki bir neçə yüksək rütbəli zabitlər qəfildən xidmətdən kənarlaşdırıldı və ordunu ləkələmək kampaniyası təsadüfi deyil. Bütün bunların qəsdən edildiyini və etməyəcəyini zaman göstərəcək.Təəssürat budur ki, Orduya qarşı bu dağıdıcı kampaniya, Azərbaycan müharibədən sonra silahlı qüvvələrinin potensialını artırmağa, yeni silahlar əldə etməyə, Türkiyə ilə əməkdaşlığı dərinləşdirməyə davam etdikdə və Türkiyə-Azərbaycan hərbi təlimləri şəklində erməni tərəfinə daha kəskin dəmir yumuruq göstərdiyi bir zamanda davam edir.
Lakin bilin ki, arzularınız xəyal olsa da, xəyallarınızın bir gün puç olan günüdə olacaq.

Hərbi-Siyasi Ekspert, Telman Qasımov

Oxunub: 675
Oxşar xəbərlər
SON XƏBƏRLƏR