Hər zaman qürur duyduğum igidlərimiz üçün təşkil olunan tədbirin məsuliyyəti çiyinlərimdə sanki bir yük idi.
Koronavirus ( COVİD 19) pandemiyası dövründə xüsusi qarantin rejminə uyğun olaraq məsafəni qorumaqla keçirdiyimiz tədbir uğurla başa çatdı.
Bu tədbirin həyata keçməsində əməyi olan kollektivinizin hər bir üzvünə öz təşəkkürümü bildirirəm. Xüsusi ilə Elçin müəllimə. 53 nəfər iştirakçının 5 qazinin və şəhidlərin ploketlərinin hazırlanmasında əməyi olan hər kəsə minnətdaram. Deyə bilərsiniz ki, hər bir Azərbaycan vətəndaşının o igidlər üçün qarşılıqsız addım atmaq vətəndaşlıq borcudur. Amma təssüf ki, bu gün Vətən müharibəsindən dönən oğullarımızdan işsizlikdən əziyyət çəkənləri var. Bizlər bacardığımızı bu gün etdik və hər zaman edəcəyimizdən də əminəm. Çünkü bu təşkilatın rəhbərlərinin hər biri Ümummilli Liderimiz Heydər Əliyev siyasətinin davamçısı cənab prezidentimiz İlham Əliyevə sədaqətini xidmətləri ilə göstərirlər. Vətənini, dövlətini sevən insanlar olaraq xalqının xidmətində dururlar.
O igidlərin əməyinin qarşılığını heç vaxt ödəyə bilmərik. Amma onlara olan sevgimizi, hörmətimizi ilk növbədə olaraq işlə təmin olunmaları və kiçik də olsa bir təltiflə göstərmək istədik.
Oxunub: 881