dini radikalizm və ekstremizmlə mübarizə

Bu gün Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında şəhid ailələrinə şəhidlərimizin şəkilləri əks olunmuş xalçalar hədiyyə olunmuşdur.


11.03.2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında şəhid ailələrinə şəhidlərimizin şəkilləri əks olunmuş xalçalar hədiyyə olunmuşdur.

Djb.az xəbər verir ki, Vətən Müharibəsində qəhrəmanlıqla şəhid olan, Suraxanı rayon sakinləri Əliyev Yunis Zaur oğlunun atası Zaur Əliyev və Qasımlı Muxtar Əli oğlunun atası Əli Qasımov ilə karantin qaydaları çərçivəsində görüş keçirilmişdir. Səmimi görüş zamanı YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidlərimizin xatirəsini əziz tutaraq bildirmişdir ki, rayon təşkilatı şəhidlərimizin xatirəsinin yaşadılması ilə bağlı məqsədyönümlü işlər görməkdədir. Bu günə qədər onlarla şəhid ailələri ziyarət edilmiş, onların sosial, mənəvi problemləri ilə maraqlanılmışdır.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov xüsusi qeyd etmişdir ki, rayon təşkilatı Zəfərimizin rəmzi olan "Xarı bülbülün" təsviri üzərində şəhidlərimizin şəkilləri əks olunmuş xalçaların toxunulması və ailələrə təqdim olunması ilə bağlı böyük bir layihə həyata keçirir. Daha sonra şəhid Əliyev Yunis Zaur oğlunun və şəhid Qasımlı Muxtar Əli oğlunun şəkillərinin təsvir olunduğu xalçalar ailələrinə təqdim olunmuşdur.

Şəhid atası Zaur Əliyev və Əli Qasımov YAP Suraxanı rayon təşkilatının rəhbərliyinin, o cümlədən Gənclər Birliyinin fəal üzvlərinin onları evlərində ziyarət etdiklərini xoş xatirə kimi yadda saxladıqlarını vurğulayaraq YAP Suraxanı rayon təşkilatına öz minnətdarlıqlarını bildirmişlər.


Oxunub: 675
Oxşar xəbərlər
SON XƏBƏRLƏR