dini radikalizm və ekstremizmlə mübarizə

Ayrılıq ... Həsrət... Bir zamanlar ayrılıq və həsrət haqqında sadəcə cümlədə oxuyardım, qələmlə yazardım...


Bir gün bu ayrılığın acısını, göynəltisini hər bir bəndə kimi mən də yaşayacağımı o illər heç düşünməmişdim. Amma etiraf edim ki, acısını dadmadan belə ayrılıq sözündən çox qorxmuşam.
Bu gün 11.03.2021-ci il tarixi yaddaşlarımızda yaşayacağımız sürəcə fəlakətlə anılacaq.
Bizi tərk edib getməyindən uzun illər keçir. Hər il olduğu kimi balaların ocağına toplaşacaq, adına ehsanlar bişirəcək, məzarın ziyarət olunacaq sənli günlərin şirinli acılı xatirələrindən söz açılacaq.
Sən bizim gözümüzdə yaş görmək istəməzdin. Buna baxmayaraq istəməsək belə söz açdığım həsrət bizi yaman ağladacaq Ata.
Sənsiz çox darıxıram gedişindən sonra heç nə sən olduğun zamandakı kimi yürümədi. Sənin müdrüklüyünə çox ehtiyacımız var. Bəzən qarşılaşdığımız problemləri belə sənin yoxluğunla bağlayıram. Atam olsaydı belə olmazdı. Atam olsaydı bu haqqsızlığı mənə qarşı edə bilməzdilər, Atam olsaydı... Demək ki, övlad yaşından asılı olmayaraq hər yaşda uşaqdır.
Adın eşitdikdə belə uşaqlaşıram. Kaş bir dəfə başımı sinənə qoya biləydim. Bir dəfə mənə Alma qızıım deməyinlə dünyanı mənə verərdin.
Sanki gedəcəyini bilirdin. Mənə son tapşırığın bu oldu "çalış uşaqları bir arada tut, heç kimə izin vermə sizi parçalasın." Bacardığım qədər çalışdım. Amma bəzən mənə elə gəlir ki, vəsiyyərşini yerinə yetirə bilmədim Ata. Qardaşım qərib eldə biz bir yerdə ola bilmədik. İllər bizdən bir-birimizi aldı. Səndən sonra əmilərim birər-birər bu dünyanı tərk etdi.
Siz çox mehriban qardaşlar olduğunu üçünmü səni haqq dünyanda tək qoymadılar?
Sizsiz çox darıxram atam çoxxxx. Sənin gedişindən sonra Mirzədə getdi. Siz orda nə gördünüz ki?...
Mən doğmalarımın gedişin bir qatara bənzədirəm. Bir birinə bağlı olan qatar. Son 12 il mən bu illər ərzində can parçalarımı itirdim.
Dərdim böyüdükcə böyüdüm Ata. Mən İlahənin gedişindən sonra sənə sığındım, çox qayğıma qalırdın könlümü az da olsa sevinməsi üçün necə diqqətli olduğunu görürdüm. Gözlərimə baxan kimi qəlbimdən keçəni deyirdin. Deyirlər analar övlada daha yaxın olur bizdə isə tam fərqli idi.
Sən həm yanaşmada həm duyğularımız daha tez hiss edirdin. Bəlkə də haqqsızam amma mən belə hiss edirdim.
Bu gün Sənin gedişindən 9 il keçir.
İlahəsiz olmağım 12 il, sənsiz 9 il, onsuz 8 il.
Sonra Nurəddin əmi, Mirilham əmi, İlkin, Elnur, Eldəniz və s... hansını yazım saymağa qorxuram(((((
Can parələrim sizlər canımdan gedən canlarım. Yaşamaq nə qədər çətin olsada mətinliyi, cəsarərli olmağı, mərdliyi səndən öyrəndim Ata.
Səndən insanlara dəyər verməyi, insanlıği öyrəndim. Mərhəmətin nə olduğunu sən öyrətdin mənə və övladlarına. Biz bu gündə söhbət əsnasında deyirik Ata belə deyərdi, belə edərdi...
Balalarına örnək olan Atam məkanın cənnət olsun. Ruhun şad olsun. O qədər əməlisaleh insan idin ki, o gözəl əməllərin axirət dünyanın günəşi olsun. Sevdiklərimə salam de. Bilirəm ki, ölü bizik . Bir gün görüşmək ümidi ilə. SƏNİ çox sevən alma qızın, axı sən mənə həmişə Almaz deyil alma deyərdin.((((

Almaz İlahə
Təsisçi

Oxunub: 738
Oxşar xəbərlər
SON XƏBƏRLƏR