Hər gün vətən torpağı bir az böyüyür,bir az tamlaşır və bütövləşir.Bu bütövlük təkcə ərazicə yox,həm də hər bir kəsin baxışında,duruşunda,əzmində,danışığında özünü büruzə verir.
Möhtərəm Prezident cənab İlham Əliyev xüsusi vurğulayır ki,Böyük Qələbədə bütün qoşun növlərinin öz payı var.44 gün ərzində ərazilərin azad olunmasında Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin böyük xidməti olmuşdur.Döyüş əməliyyatlarında Sərhəd Xidmətinin Xüsusi Təyinatlı qüvvələri,Daxili qoşunlar,Təhlükəsizlik xidməti,Kəşfiyyat xidməti,Naxçıvan Ordusunun Xüsusi Təyinatlı qüvvələri də iştirak edirdilər.
Bu müharibədə ən məsuliyyətli və ən çətin iş isə havadan müdafiə qüvvələrinin üzərinə düşürdü.Belə ki onlar gecə gündüz böyük şəhərlərimizi,neft kəmərlərini düşmən hücumundan qoruyurdular.
Bu gün dünyanın ən qüdrətli orduları Qarabağ savaşında ordumuzun apardığı döyüş taktikalarını heyranlıqla izləyərək öz ordularında bu taktikaları tətbiq etməyə çalışırlar.
Xüsusi olaraq ordumuzun Şuşa əməliyyatını vurğulamaq istərdim ki, bütün dünya hərb tarixində görünməmiş bir əməliyyat olmuşdur.
İgid ,cəsur oğullarımız sıldırım qayalıqlara dırmaşaraq hər cür silahla silahlanmış düşmənə qarşı süngü və kiçik çaplı silahlarla vuruşaraq özlərindən 5 dəfə çox düşməni məğlubiyyətə uğratmışlar.Nəticədə Qarabağın ürəyi,mədəniyyətimizin beşiyi olan Şüşamız öz azadlığına qovuşdu.
Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsi, xalqımızın iftixar yeridir.Ordumuzun şəxsi heyəti istənilən qələbəni qazanmağa qadirdir.Azərbaycan Ordusu və xalqı bu gün öz Liderinin ətrafında yumruq kimi birləşib, həmrəylik nümayiş etdirir.Biz Vətən Müharibəsində bunun şahidi olduq.İnsanların dilində bir şüar səslənirdi "Hər şey cəbhə üçün,hər şey qələbə üçün".
Sonda torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımıza Allahdan rəhmət,qazilərimizə isə şəfa diləyirik.
Fərhad Qəfərov,
Biləsuvar rayon Ağayrı kənd tam orta məktəbin direktoru