Hörmətli Səftər müəllim!
Sizi 50 illik ybileyiniz münasibəti ilə ürəkdən təbrik edirəm. Uca Allahdan uzun ömr, sağlam həyat və işlərinizdə daima uğurlar diləyirəm.
Əziz dost.
Bizim dostluğumuz artıq uzun illəri əhatə edir. Bu illər ərzində Sizinlə neçə-neçə həm xoş günləri, həm də kədərli günləri birlikdə keçirdik. Dünyanın bir çox ölkələrinə qısa və uzun müddətli səfərlərimiz oldu. Sizin kimi bir dosta, yol yoldaşına sahib olduğum üçün Allaha şükr edirəm.
Əziz dostum.
İlk öncə bizi bir-birimizə bağlayan, möhkəm dost edən Sizin Vətənimizə, Xalqımıza və Dövlətimizə olan təmənnasız sevginizdən irəli gəldi. Uzun illərin təcrübəsinə dayanaraq, deyə bilərəm ki, Siz milli dəyərləri şəxsi həyatından və maraqlarından çox-çox uca tutan bir şəxsiyyətsiniz. Bir miliyyətçinin dəyərlərinə bu qədər bağlı olmasını, o dəyərlər üçün hər şeyə rəğmən mücadilə apardığını Sizin timsalınızda görmək doğrudan da mənə qürur verir. Sizin kimi övladı olan bir millətin gələcəkdə nə qədər böyük tarix yazacağını görməmək mümkün deyildir. Ən böyük arzunuz olan Güney Azərbaycanın azadlığı, Türk Dünyasının Birliyi ideyalarının kerçək olmasını arzulayıram.
Əziz dost.
Başda diaspor fəaliyyəti olmaqla, çoxşaxəli fəaliyyətlərinzdə indiyədək qazandığınız və bundan sonra da əldə edəcəyiniz uğurlu nəaliyyətləriniz mənə xoş təsirlər bağışlayır. Bir hüquqşunas, universitet müəllimi kimi yetişdirdiyiniz tələbələrin hər birinin milli-vətənpərvər şəxsiyyətlər olacağına əminəm. Uzun illərdir Azərbaycanda həyata keçirdiyimiz sosial yardımlaşma fəaliyyətlərində Sizin nə qədər böyük həvəslə Şəhid Ailələrinə, Qarabağ Qazilərinə, onların yaxınlarına, bir sözlə, çarəsiz insanlara dəstək olmaq, səmimi şəkildə gecə-gündüz yorulmadan onlara yardım etmək həvəsinizin şahidi olduq.
Hörmətli Səftər bəy!
Bir daha əlamətdar yubileyiniz, anadan olmağınızın 50 illiyi münasibəti ilə Sizi səmimi duyğularla təbrik edirəm. Sizə sağlıqlı və uzun ömr, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Tanrı həmişə yardımçınız olsun!
Böyük hörmətlə,
Füzuli Məmmədov
“Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun”,
“İnter-Sever” Şirkətlər Qrupunun Prezidenti